Fəttayev Rauf

Internet Səhifə
Fəttayev Rauf İqtisadi inkişaf Astara r.M.Abiyev adına Vaqo kənd tam orta məktəbi Astara rayonu rauf.fhv@gmail.com
Rəylər (1)
Sizin hazırladığınız İqtisadi inkişaf adlı dərs nümunəsi müsabiqə çərçivəsində həyata keçirilən “Həyat bilgisi və maliyyə savadlılığı” müsabiqəsinə təqdim olunmuş ən sanballı layihələrdən biridir.Ərsəyə gətirmiş olduğunuz bu resurs Həyat Bilgisi fənninin VI siniflər üçün nəzərdə tutulmuş “Fərd və cəmiyyət” məzmun xətti üzrə verilmiş alt-standartlarına (2.3.1. İqtisadiyyatın inkişafında qiymət, tələb və təklifin rolunu izah edir) tam uyğun olması, resursdan müstəqil istifadə imkanlarının və məzmunda fikir ardıcıllığının təmin olması yuxarıda söylədiyim fikri bir daha təsdiq edir.Xüsusilə məzmunda fikir ardıcıllığının təmin olunması və işə yaradıcılıqla yanaşmanız dərs nümunənizin dəyərini daha da artırır.Materialın dilinin aydın, səlis və başa düşülən olması, məzmunda elmiliyinin təmin olunması, resursun orjinallığı və təhsil sahəsində müasir tələblərə tam cavab verməsi tədris etdiyiniz fənnin yüksək səviyyədə şagirdlərinizə çatdırılmasının bariz nümunəsinəsi kimi qiymətləndirilməlidir.