Şirin Məmmədova

Internet Səhifə
Şirin Məmmədova Qənaətcil vətəndaşlar - varlı dövlət deməkdir. Bakı Modern Məktəbi Bakı shirin.hayat@yahoo.com
Rəylər (8)
Hörmətli Fəranə xanım resursumu dəyərləndirdiyiniz üçün minnətdəram. Bu müsabiqələrin gözəlliyi ondadır ki, azərbaycan dilində resurs bazası yaradılır. Mən çox istərdim ki, hazırladığım təqdimatda verdiyim xarici online oyunlar bizim doğma dilimizdə də olsun. Şagirdlər həyat bilgisini oyunlar vasitəsi ilə də gözəl mənimsəyər.
baxılıbFerane, aprel 25, 2015
Mövzu aktuallığı ilə fərqlənən mövzulardandır.Hazırlanmış bu mövzunu cəmiyyətimizin üzvü olan həm uşaqlar həmçinin böyüklər üçün faydalı bir resurs kimi qiymətləndirirəm.Resursda məsələ həlli tapşırıqlarının verilməsi şagirdlərin riyazi biliklərinin möhkəmləndirilməsi ilə yanaşı həmçinin onların qənaətcil vətəndaş kimi yetişməsinə xidmət edən diqqətə layiq məqamlardandır. Sizə uğurlar!!!
Mənzər xanim sizin bir İKT sahəsinin peşakarı kimi bildirdiyiniz rəy çox dəyərlidir.Ümid edirəm bir çox müəllimlər resursdan faydalana biləcək.
baxılıbM.Bağırova, aprel 23, 2015
Mövzu-məzmun-forma, aktuallıq baxımından müsabiqəyə göndərdiyiniz işi yüksək qimətləndirirəm. Sondə əldə olunan nəticələr, həll olunan məsələlər, internet resurslara istinadlar, məncə, həm uşaq, həm də böyüklər üçün oduqca maraqlı və faydalıdır.
Müsabiqə təşkilatçılarının təklif etdikləri mövzu cəmiyyətimizə fayda verə biləcək vətəndaşların yetişməsinə səbəb olan tədris resurslarının yaradılmasına gətirib çıxaracaq. Bu səbəbdən təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm.
Şirin xanım, sizi bu uğurlu işinizlə təbrik edirəm və müsabiqədə qələbə arzulayıram.
baxılıbShirin Sultan, aprel 22, 2015
Şirincan müəllimə qarşılıqlıdır.
baxılıbshirincan, aprel 22, 2015
Uəurlar sizinlə olsun Şirin müəllimə.
baxılıbShirin Sultan, aprel 22, 2015
Hörmətli ŞahCabbar ( Ağcabədi məktəbi) rəyiniz gözlənilməz və sevindirici oldu. Təşəkkür edirəm. Qənaət və israf, Azərbaycanda ekoloji problemlər mənim yaralı yerimdir. Çox təəsüf ki, müsabiqədən gec xəbər tutdum. Müəllimlər üçün qısa arada hazırladığım tövsiyyə xarakterli resursda fikirlərimin bir qismi reallaşdırılıb. Ümid edirəm ki, işdə göstərilən istiqamətlər müəllimlərə faydalı, şagirdlərə isə maraqlı olacaq.
baxılıbŞahCabbar, aprel 21, 2015
Bu resurs üçün təşəkkür edirəm sizə və uğurlar diləyirəm.
"Qənaət və israf" adlı videonuz tək kəlimə ilə superdi!!!