ATOM

Atom modelləri[redaktə]
Atom materiyanın bir hissəsidir. Demokrit hesab edirdi ki, istənilən əşyanın xarakteri – onun kütləsi, forması və s. onun atomlarınn xassələri ilə təyin olunur. Məsələn, alovda atomlar daha itidir, buna görə də o yanma qabiliyyətinə malikdir. Bərk cisimlərdə onlar kələ-kötürdülər, ona görə də, onlar bir-biri ilə möhkəm əlaqədə olurlar, suda onlar hamardırlar, bu da suyun axmasına imkan verir. İnsan qəlbi də Demokritə görə atomlardan təşkil olunmuşdur
[J. J. Thomson|Tomson] modeli. O atomu içərisində yüklənmiş elektron olan cisim kimi təsvir edir. Bu model atomun xassələrini açmırdı.
Saturn modeli. 1904-cü il. Burada atom ətrafında orbit üzrə elektronlar fırlanan kiçik müsbət yüklü nüvədən ibarətdir.
Planetar model. 1911-ci il. Ernst Rezerford bir çox təcrübələrdən sonra qərara gəlir ki, atom planetar quruluşa malikdir. Burada elektronlar atomun mərkəzində yerləşmiş müsbət yüklü nüvə ətrafında fırlanırlar. Belə təsvir klassik mexanikanın prinsipləri ilə uzlaşmıdrı. Yəni fırlanan yük özündən elektromaqnit dalğaları buraxaraq enerjini itirməlidirlər. Hesablamalar göstərmişdir ki, elektronun nüvəyə düşməsi vaxtı çox qısadır. Atomların stabilliyini sübut etmək üçün Nils Bor belə bir postulat söyləyir ki, atomlarlarda elektronlar müəyyən enerji vəziyyətində olaraq şüalanırlar. Borun postulatı göstərmişdir ki, atomu təsvir etmək üçün klassik mexanika kifayət deyil. Atomların sonrakı tədqiqatı kvant mexanikasının yaranmasına gətirib çıxarmışdır. Bu sahə bir çox müşahidə olunan faktların izahını mümkün etmişdir.
Atomun kəşfinin xronologiyası[redaktə]
J. J. Thomson 1897-ci ildə atomun korpuskul adalndırdığı hissəsini kəşf etdiyini elan etdi. Başqa fiziklər yeni hissəciyi elektron adlandırmağı təklif etdilər.
E. Rutherford (Rezerford) 1919-cu ildə atomun müsbət yüklü hissəciyini kəşf etdi. O bu hissəciyi "proton" (yunan: birinci) adlandırdı.
J. Chadwick (Çedvik) 1932-ci ildə, ona qədər Rutherfordun mövcudiyyətini təxmin etdiyi neytronu kəşf etdiyini bildirdi.[1]
Atomun quruluşu[redaktə]
Atom nüvədən və onun ətrafında hərəkət edən elektronlardan ibarətdir. Atomun nüvəsi öz növbəsində protonlardan və neytronlardan ibarətdir. Elektron -1 elektrik yükünə, proton +1 elektrik yükünə malikdir, neytron elektrik yükü daşımır. Bütün elementlərin atomları eyni elektron, eyni proton və eyni neytronlardan yaranmışdır. Lakin elementlər atomlarındakı protonların sayı ilə fərqlənirlər. Nüvədəki protonların sayı elementin atom nömrəsini təşkil edir. Proton və neytron ikisi birlikdə nukleon, yəni "nüvəyə (ingilis: nucleus) aid olan" adlanırlar.

Atomun ölçüsü[redaktə]
Atom təqribən 0.2 - 0.5 nm ölçüyə malikdir. Buna görə də onun adi işıqda və adi mikroskop vasitəsilə görünməsi mümkün deyil. Lakin müxtəlif təcrübələr atomun mövcudiyyətini aşkar etməyə imkan verir.[2] Son onilliklərdə subnanometr miqyasda görüntü əldə etmək imkanı verən mikroskoplar işlənib hazırlanmışdır, bunların vasitəsilə atomları izləmək mümkündür. Belə mikroskoplardan
Rəylər (3)
baxılıbmahire.nuriyeva@mail.ru, dekabr 7, 2014
Aynurə xanım, sizə uğurlar!
baxılıbElfira, oktyabr 30, 2014
Maraqlı təqdimatdır. Uğurlar!
baxılıbgöy qurşağı, oktyabr 25, 2014
Dərsinizi izlədim.Çox xoşuma gəldi.Əhatəli izah edilmişdir.Dərsin əyaniliyi üçün qoyulan videolar və verdiyiniz izahatlar,tapşırıqlar dərsin maraqlı alınmasına səbəb olmuşdur. Uğurlar arzulayıram.