Saitlərin növləri

Internet Səhifə
Saitlerin novleri2.pps (2364 baxış)
Vəsaiti özüm hazırlamışam. Bu vəsait V sinifdə tədris prosesində istifadə etmək, eləcə də həmin mövzunu sərbəst öyrənmək üçün nəzərdə tutulmuşdur.
Başlanğıcda qoyulmuş sual və alınan cavab, eləcə də hər bir sait səsi birləşdirən bir xüsusiyyət təkrarlanır. Əvvəlki dərsdə qazanılmış biliyi yada salmaq məqsədi güdür.
Beyinə həmlə mərhələsindən sonra ayrı-ayrı danışıq üzvlərinin saitlərin tələffüzü zamanı aldıqları vəziyyət müxtəlif effeklərlə əks etdirilir və saitlərin bu vəziyyətlərə görə növləri qabarıq şəkildə göstərilir. Animasiya effektləri ilə saitlərin təsnifatı sixemi mövzu üzrə qazanılacaq biliyi yekunlaşdırır.
Şaxələndirmə və interpritasiya sualları qazanılmış biliyin möhkəmləndirilməsi və həmin biliyin tətbiqinə test sualları isə bu bilikləri yoxlamağa xidmət edir.
Rəylər (7)
baxılıbbashirovaleyla, may 27, 2011
Очень интересная и яркая работа.Удачи Вам в профессиональной деятельности.
baxılıbfatmaxanum, iyun 12, 2010
Hürmətli Hidayət müəllim!
Ekspromt cox yaxşı haldır, amma onu əhilləşdirib bir cərcivəyə salanda (cərcivə dairəsində) onda yaxşı bir körüm alınır, cünki ekspromt yaradıcılıgın gapısının keşikcisidir.
hörmətlə Fatma xanəm
baxılıbfatmaxanum, iyun 12, 2010
Hörmətli hidayət müəllim!
1.Təgdimatınız normativ sənədlərinə uyğun kəlir.
2.Səligəli işlənib.
3.Dərs ənənəvi meyarlarla gurulmasına baxmayarag yeni texnoloji usuldan (breyn ring) istifadə edilmişdi.
4. Mövzu haggında dərin məlumat verilmişdi. Lakin bu cür yanaşmanı muasir yanaşma saymag olmaz. Bilik kontekstə şakirdlərə təgdim olunmalıdır.O əzbərciliklə yox anlam yolu ilə əldə edilməlidir (burada bu körünür, lakin müəllimin anlatması , şakirdlərin bu anlamı yadda saxlaması kimi). İşin nəticısi isə şakirdlərin biliyini test vasitəsi yoxlanılmasında körulməsi ən azı bu künki tələblərə uyğun kəlmir.Uğurlar
Layihəni təqdim edənin cavabı

Hörmətli Fatmaxanum, salam! Əvvəlcədən təşəkkür edirəm. Vaxtın nə qədər qiymətli olduğunu bildiyimdən sizin ayırdığınız vaxtı qiymətləndirməyə bilmərəm. İradlarınıza qarşı hörmətlə yanaşıram.Ancaq qeyd etməyi çox vacib sayıram ki, istənilən standartı qəbul etmək mənim üçün çox çətindir (nə qədər yeni olsa da). Məndə hər şey ekspromt alınır. Bu bəzən çox köhnə olur, bəzən hansısa yeniliklə üst-üstə düşə bilir, bəzən də onu heç kəs qəbul etmək istəmir. Düz 32 ildir belədir. Bir daha təşəkkür edirəm!

baxılıbA.R.S, iyun 8, 2010
Hörmətli Hidayət müəllim,həqiqətən çox öyrədici layihədir.Çox sadə bir proqram olan "Power Point"lə bu dərəcədə öyrədici vəsait hazırlamışsınzsa, gələcəkdə "Azərbaycan dili Elektron təhsil" sistemində yeni cığır açacağınıza səmimi qəlbdən inanıram.Birinci olmağınızı arzu edirəm.Sizə uğurlar.
Layihəni təqdim edənin cavabı

Birinci olmaq vaxtımız keçib. Sıradan biri olmaq da bir rahatlıqdır.

baxılıbqusko, iyun 7, 2010
Əla işdir.
Doğurdan da bu material azərbaycan dilinin tədrisində çox faydalı ola bilər.
Layihəni təqdim edənin cavabı

Diqqətinizə görə təşəkkür edirəm.

baxılıbatilla1, may 23, 2010
Salam.
movzu istifade olunmush effektlerle ugurla izah olunur. Semereli ishdir. Ugurlar
baxılıbconi, may 20, 2010
SİZƏ BUİŞİNİZDƏ UĞURLAR ARZULAYIRAM.
Layihəni təqdim edənin cavabı

Hər zaman diqqətli olasınız!