Biologiya və Ekologiyanın tədrisinin ən müasir üsulu

Internet Səhifə
AHasret_layihe.doc (2038 baxış)
Layihə metodikası əsasında qurulan bu dərs nümunəsi orta məktəb şagirdləri və onların valideynləri tərəfindən çox müsbət qarşılanıbdır. Sizləri də bu layihə ilə tanış olmağa dəvət edirəm.
Şagirdlərdə doğma yurdlarının təbii resursları, onların müxtəlifliyi, əsas xüsusiyyətləri və mühafizəsi barədə ekoloji bilik və anlayışları formalaşdırmaqdan ötrü məktəb daxilində təlim zamanı bu layihənin keçirilməsi- son zamanlar təhsilimizin müasir beynəlxalq təhsil standartlarına uyğun inteqrativ təlimə cavab verə biləcək layihə metodikasının istifadəsindən irəli gəldi. Təbiətdə tarazlığın məhz hansı səbəbdən pozulmasını, məhz hansı amilin təsirindən pozulmasını əsas götürərək araşdırmalarını necə aparacaqlarını planlaşdırırlar.
Kopenhagendə keçirilən “Qlobal İstiləşmə və İqlim dəyişikliyi” mövzusu ilə bağlı keçirilən aksiyaya qatılmaq bu layihənin planlaşdırılmasına təkan verdi. Bunu da nəzərə alsaq ki, 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunub, bu layihənin davamlı olması ehtimalı 100% oldu.
Layihənin uğurlu olması üçün ümumi təhsil konsepsiyası olan Milli Kurikulumun satndartlarına istinad olunur. http://www.kurikulum.az/
Layihə zamanı şagirdlər apardığı bütün araşdırma və tədqiqatlarının nəticələrini məhkəmə şəklində keçirilən iclasda nümayiş etdirirlər. Bu məhkəmənin adı “Təbiətin məhkəməsi” adlanır. Bu, ekoloji məhkəmənin əsas mövzusu ekoloji biliklərin bir daha artması və ətraf mühitin qorunması ilə bağlıdır. Ekoloji məhkəmənin iştirakçıları: hakim, ittihamçı, Vəkil, şahidlər ( флора, фауна, torpaq, su, hava, təbiəti qoruyan), katib, müttəhim, konvoy , məhkəmə tibbi eksperti . Cinayətkar isə məlum olan “İNSANDIR”.
( http://www.youtube.com/watch?v=rsY3pkf7b3I)
Layihənin gedişi zamanı əldə olunan bütün materiallar (aksiyalar, layihənin gedişi zamanı aparılan sorğular, layiyənin qiymətləndirilməsi və s.)keçidlər şəklində Sizlərə təqdim olunur. Bütün görülən işlərlə Siz həmin keçidləri açmaqla izləyə bilərsiniz.
Müxtəlif kompüter proqramlarından istifadə etməklə qurulan adi bir dərsin mövzusunun necə maraqlı olduğunun şahidi olacaqsınız... Bu üsul bütün fənnlərdə istifadə oluna bilər.
Rəylər (11)
suppper....yegin i mekteblerde artiq bu usuldan geniw istifade olunar..)))
baxılıbAlmaz Hasret, iyun 13, 2010
Hörmətli həmkarlar, mənim materialıma göstərdiyiniz maraq və yazdıqlarınız bütün rəylərə görə Sizlərin hamınıza təşəkkür edirəm. Bu layihə kağız üzərində qalan və müsabiqə naminə görülən bir iş deyil. Mən öz şagirdlərimlə birlikdə bacardığımız qədər dayanmadan müxtəlif beynəlxalq layihələrdə Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Ancaq kimlərsə bunu anlamır və ya çox yaxşı anlasa da özlərini o yerə qoymurlar. Nə isə... Qısası bu layihənin ən kiçik hissəsilə aşağıdakı keçidi izləməklə tanış ola bilərsiniz:
http://a-aliyev.blogspot.com

Hörmətlə, Almaz Həsrət
baxılıbqusko, iyun 12, 2010
Əgər hansısa kobud söz işlətmişəmsə üzr istiyirəm.

Bu Sizin sayta istinad:
http://www.almazhasret.com/?p=692
Əgər mən orda Avropa sözü görsəydim, mən belə şey yazmazdım.

Siz isə onu bizə başqa adla təqdim etdiniz.
Layihəni təqdim edənin cavabı

Belə yerdə deyirlər ki, üzrü qəbahətindən betər... "Avropa" sözü görmədikdə normal dildə yazaydınız ki, "Avropa" sözü yoxdur. Mən də izah edərdim ki, nə var və nə yoxdur. Yoxsa "yalançı və fırıqldaqçı" kimi ifadələr işlətməyə nə gərək vardı ki? Nə isə...

Almaz Həsrət

baxılıbElza, iyun 12, 2010
Bu məhkəmənin adı “Təbiətin məhkəməsi” adlanır. Bu, ekoloji məhkəmənin əsas mövzusu ekoloji biliklərin bir daha artması və ətraf mühitin qorunması ilə bağlıdır. Ekoloji məhkəmənin iştirakçıları: hakim, ittihamçı, Vəkil, şahidlər ( флора, фауна, torpaq, su, hava, təbiəti qoruyan), katib, müttəhim, konvoy , məhkəmə tibbi eksperti . Cinayətkar isə məlum olan “İNSANDIR”.


Almaz xanım layıhenızı cox beyendım. Ozellıkle, yuxarıda qeyd edılen bolum- mehkeme bolumu xosuma geldı. Bele layıhelerı destekleyır ve yaygınlasmasını arzu edırem. Xarıcde yasayan bırı olaraq deye bılerem kı, bele layıheler xarıcde derslerın qayesını teskıl edır. Hetda bagcalarda bele eyanı vasıterelre ders anlatımı cox genıs yayılıb. sıze ıslerınızde ugurlar dıleyır ve bele ıslerınızın davamlı olmasını dıleyırem.
Layihəni təqdim edənin cavabı

Hörmətli Elza xanım. Belə uzaq bir yerdən bizim müsabiqəyə və mənim işimə maraq göstərdiyinizə görə sizə təşəkkür edirəm. Doğrudan da bir çox ölkələrdə adi görünən tətbiqatlar burada bəziləri üçün qeyri-adi bir şey təsiri bağışlayır və hətta bununla bağlı bəzən ədəbsiz ifadələr işlətməkdən də çəkinmirlər. Amma nə edəsən ki? Hər kəs özünə görədir. Sizə isə bir daha təşəkkür edirəm.

Hörmətlə,
Almaz Həsrət

baxılıbAlmaz Hasret, iyun 12, 2010
Mənim bu işim Avropa İnnovativ Müəllimlər Şəbəkəsi yarışmasının ölkə mərhələsində II yer tutub. Maraqlananlar bu haqda məlumatı verdiyim ünvandan oxuya bilərlər: http://itn-az.spaces.live.com/default.aspx. Əlbəttə ki, bir iş mümkün qədər çox müsabiqələrdə iştirak edib yer qazanarsa, burada başqalarını rahatsız edəcək bir durum olmasın gərək.

Hörmətlə,
Almaz Həsrət
baxılıbqusko, iyun 12, 2010
Müəyyən arışdırmalardan sonra məlum olub ki, bu və ya Sizin başqa heç bir işiniz Avropa İnnovativ Müəllimlər yaraşmasında nə yer qazanıb, nə də iştirak edib!!!

Bundan başqa, bu iş artıq bir dəfə başqa bir müsabiqədə iştirak edib və mükafat alıb, qeyd etmək istiyərdim ki, bundan əvvəl keçirilmiş müsabiqənin münsiflər həaytində 80% həmin adamlar təşkil edirdi.
Bir işə görə həmin əllərdən neçə dəfə mükafat istəmək olar???

Mənim gözümdə Siz YALANÇI və FIRLDAQÇI bir adam kimi görsənirsiniz.
Layihəni təqdim edənin cavabı

qusko adlı adam. Üslubunuz tərbiyə sınırlarını aşdığı üçün mən sizə cavab vermək fikrində deyiləm. Ona görə də irəli sürdüyünüz iddialara cavabı lütf edib bura yazmıram.

baxılıbMusaibrahim, iyun 11, 2010
xoşuma qəlmədi
Layihəni təqdim edənin cavabı

Hörmətli Musaibrahim. fexriyye adlı istifadəçiyə yazdığım cavabı azacıq düzəlişlə sizə də aid edirəm. Təqdim etdiyim işə baxmadan rəy yazmısınız. İndi deyəcəksiniz ki, hardan bilirəm. Ordan bilirəm ki, sizdən və fexriyye adlı istifadəçidən öncə qusko adlı istifadəçi bu işə baxanda baxılma sayı 59 olaraq göstərilirdi. Bu gün mən baxandan sonra 60 oldu. Yəni sizin ikinizdən öncə 59, sonra isə 60-dırsa və arada siz də baxmısınızsa, onda ən azından 62 olmalıydı. Ancaq olmayıb. Deməli işə baxmamısınız və xoşunuza gəlmədiyini yazmısınız. Və məni də "tənqid" edirsiniz. Nəticəni sizin öhdənizə buraxıram...

Hörmətlə,
Almaz Həsrət

baxılıbfexriyye, iyun 11, 2010
sadə bir işdir mən burda qeyri adi bir şey gormədim
Layihəni təqdim edənin cavabı

Hörmətli fexriyye. Siz nəinki qeyri-adi bir şey, deyərdim ki, ümumiyyətlə heç nə görməmisiniz. Bilirsiniz, niyə? Ona görə ki, mənim bu işimə baxmadan rəy yazmısınız. İndi deyəcəksiniz ki, hardan bilirəm. Ordan bilirəm ki, sizdən öncə qusko adlı istifadəçi bu işə baxanda baxılma sayı 59 olaraq göstərilirdi. Bu gün mən baxandan sonra 60 oldu. Yəni sizdən öncə 59, sonra isə 60-dırsa və arada siz də baxmısınızsa, onda ən azından 61 olmalıydı. Ancaq olmayıb. Deməli işə baxmamısınız və qeyri-adi bir şey görmədiyinizi yazmısınız. Və məni də "tənqid" edirsiniz. Nəticəni sizin öhdənizə buraxıram...

Hörmətlə,
Almaz Həsrət

baxılıbqusko, iyun 11, 2010
Əgər bu iş Avropa miqyasında tanınıb, onda əlbəttə bu işə diqqət vermək zəruridir.

Sizin məsləhətinizlə bu işilə ilə yenıdən tanış oldum. Bəzi məqamlar mənim üçün yenidən qaranlıq qaldı (Ola bilsin, bu sahədən uzaq olduğum üçün).
Sizin köməyinizlə bəzi sualları aydınlaşdırılmasına ümüd edirəm.
Layihənin məqsədləri ilə hər şey aydındır.
Sonra elə anladım ki, bu layihə artıq bitib və Kopenhagendə 2009-cu ilin dekabr ayında keçiriləcək “İqlim dəşiyikliyi və Qlobal istiləşmə” adlı konfransa hazırlıq məqsədi daşıyırdı.
Bələ suallar yaranır.
Uşaqlar böyüyür, yeni siniflər gəlirlər, olmazmı ki, bu layihə hər il təkrarlansın? Birdə layihənin keçirilməsi müddəti haqqında sual, nə qədər vaxt ayrılıb ona, və onun keçirilməsi tədris planında fənnə ayrılmış vaxtda keçirilir, yoxsa fakultətiv olaraq şagirdlərin asudə vaxtında?
baxılıbqusko, iyun 10, 2010
Sözün düzü başa düşmədim bu nədir, və səbrim çatmadı hər şey aydınlaşdırmağa.
Sadəcə anladım ki, müəllifin təklifi hər şeyi əhadə edir: Biologiyadan təzə dərsliktən yaradılmasından, sagirdlərin PhotoShopu öyrədilməsinə gədər.
Layihəni təqdim edənin cavabı

Hörmətli qusko. İşimə rəy yazdığınız üçün sizə təşəkkür edirəm. Əlbəttə ki, səbrli olub olmamaq hər kəsin öz əlindədir və bu işə qarışmağa bizim haqqımız yoxdur. Ancaq onu deyim ki, sizin nə demək istədiyinizi anlaya bilmədim. Misal üçün, "Biologiyadan təzə dərsliktən yaradılmasından" ifadəsinin nə anlam daşıdığını doğrudan da anlamaq olmur. Yaxud da "sagirdlərin PhotoShopu öyrədilməsinə gədər" ifadəsinin də nə olduğu anlaşılmır. Ona görə də xahiş edirəm fikirlərinizi yenidən və Azərbaycan dilinin qayda-qanunları çərçivəsində yazasınız ki, mən cavab verə bilim. Yeri gəlmişkən onu da deyim ki, bu işim Avropa İnnovativ Müəllimlər yarışmasında 2-ci yeri tutub. Səbrinizi toplayıb baxmağınıza dəyər məncə.

Hörmətlə,
Almaz Həsrət

baxılıbsabinaras, iyun 7, 2010
Bir biolog kimi deyerdim ki, shagirdlerde ekoloji terbiyenin formalashmasi ucun, dovrmuzun telebleri ile sesleshen interaktiv numunedir. Bu vaxta geder mene ele gelirdi ki, mehkeme xarakterli dersler yalniz tarix ve edebiyyat fenlerine aid ola biler. Ideyaya gore cox sag olun! Size ugurlar!
Hormetle: Sabina Rasulova
Layihəni təqdim edənin cavabı

Hörmətli Səbinə xanım, vaxtınızdan ayırıb işimə baxdığınız üçün Sizə təşəkkür edirəm.
Çox sağ olun!

Hörmətlə, Almaz Həsrət