Əməkdaşlıqla zirvələrə doğru!

Əməkdaşlıqla zirvələrə doğru!

Məqsədimiz rayonumuzun müəllim, tələbə, məktəblilərinə İnternet resurslardan istifadəni, İnternetdə informasiya ilə işləmək, idarəetməni öyrənməkdə yardımçı olmaq, respublikamızda və xaricdə olan həmkarlarımız, həmyaşıdlarımızla əməkdaşlıq edərək müxtəlif istiqamətlərdə biliklərimizi artırmaq, saytı portala çevirməkdir. Saytın istifadəçilərinin aktivliyi məqsədimizə daha tez çatmağa kömək edə bilər. Saytın özəlliyi daxil edilən materialların əksəriyyətinin şəxsi yaradıcılıq əsasında hazırlanmasıdır. Artıq saytda filmlər, oyunlar, təqdimatlar və s. yerləşdirilmişdir. Materialların idarə edilməsi müxtəlif növ qruplar (administrator, moderator, yoxlanılanlar) tərəfindən yerinə yetirilir. İstifadəçilər saytdan istifadə etmə statusuna görə bir neçə kateqoriyaya ayrılır. Dinamik sayt olaraq, əsasən nformasiya mübadiləsi üçün nəzərdə tutulmuşdur. Bu gün istifadəçilərimizin sayı 20-ni ötür (“qonaq”-lar bu siyahıya aid deyil). Artıq istifadəçilər özləri material daxil edir, forumda iştirak edir, şərhlər yazırlar.

Sizi əməkdaşlığa dəvət edirik!

Haşiyə: (Yarızarafat, yarıciddi) “beş günlük körpəmizin” deyəcəkləri çoxdur, inşallah, materiallarımızı daxil edib çatdırarıq.
Rəylər (2)
baxılıbAlmaz Hasret, iyun 11, 2010
Bakıdan Zaqatalaya dərin hörmətlə salamlar!!!
Hörmətli Bahar xanım Sizin hazırladığınız iş həqiqətən də təqdirəlayiqdir. Mən Sizi bir neçə dəfə təhsil müsabiqələrində görmüşəm və Sizin aktivliyinizin, savadlılığınızın, innovativliyinizin, qısası hərtərəfli biliyə malik olmanızın şahidi olmuşam. Zaqatala rayonunun təhsil işçiləri Sizinlə qürur duymalıdırlar...Necə ki mən Sizinlə qürur duyuram! Halal olsun Sizin kimi çalışqan və işini bilən yaradıcı müəlliməyə!
İnşallah bloqunuz layiqli yerlərdən birini tutacaq!
Mən Sizə bu müsabiqədə uğurlar arzulayıram!

Hörmətlə, Almaz Həsrət
baxılıbyasharaz, may 18, 2010
Sizi təbrik edirəm. Gözəl bir təşəbbüsünüz üçün. Lakin bir balaca nüans var, o da ki, sizin saytda üst köşədə oyun saytına aparan parlaq keçidin olmasıdır. Belə gözəl saytda, şagirdlərin girib çıxdıqları bir yerdə, şagirdləri təlimdən, tədrisdın uzaqlaşdıracaq yerlərin keçidlərinin olması heç cür qəbul edilən deyil...
Hörmətlə...
Yaşar müəllim.