A-dan Z-ə Hər Nəsnə

İlk növbədə layihə məqsədini demək istəyirəm. Gördüyünüz kimi saytımızın domainində “portal” sözü ilə rastlaşırsınız. Azərbaycan şəbəkə dünyasında portal dedikdə istifadəçinin ağlına gələn ilk nəsnə “əyləncə, chat, söhbət” və s. gəlir. Ancaq bu düzgün düşüncə deyil. Portal heçdə yalnız o nəsnələri özündə daşımır. Portal çox geniş bir anlamdır. Bizim məqsədimiz bax burdan başlayır. Azərbaycanın şəbəkəsinin ən böyük problemi əyləncəyə daha böyük yer ayrılmasıdır. Burada sual doğur. Bəs biz əyləncə saytı açmırıqsa nə edəcik və bu saytda nələr olacaq? Bax bu suala indi cavab verəcik. Biz bu saytda yalnız insanlar üçün ən faydalı məlumatları yerləşdirməkdir. Azərbaycan şəbəkəsində sırf Azərbaycan türkcəsində belə bir sayt olmadığından biz bu layihəni keçirməyə qərar verdik. Bizim hədəf kütləmiz bütün yaş qruplarıdır. Lakin üstünlük cəmiyyətdə internetdən ən çox istifadə edən tələbələrə veriləcək. İndi isə saytımızın fəaliyyət sahələrindən bəhs edək biraz. Fəaliyyət sahələrimiz aşağıdakılar olacaq:
İlk növbədə Azərbaycanda ən çox olan problem informasiya qıtlığı. Çoxlarına gülməli gələ bilər, ancaq bu belədir. Azərbaycan Türkcəsində informasiyalarımız çox azdır. Bu işi görənlər isə çox az insanlardır. Buna görədə bu sahəyə üstünlük verəcik. Bu qıtlıqdan ən çox əziyyət çəkənlər tələbələrdir. Yəni bizim çox dəyərli və rüşvətxor müəllimlərimiz (təbiiki bu bütün müəllimlərə aid deyil) uşaqlara əndirabadi mövzular verdikdə tələbələr çox əziyyət çəkirlər. Çünki mövzulara uyğun Azərbayca Türkcəsində məlumatlar ya çox azdır yada ümumiyyətlə yoxdur. Buna görədə ilk növbədə bu sərbəst işlər (essay) üçün müxtəlif bölmələr üzrə bolluca məlumatlar yerləşdirəcik. Biz bu məlumatlardan ibarət öz görüşlərimizə uyğun olaraq bir neçə hazır sərbəst iş (essay) yazıb bura qoyacıq ki, tələbələr həmin strukturu bilib məlumatlardan lazımınca istifadə edə bilsinlər.
Bundan başqa saytımızda digər bir bölmə “Fəlsəfə” bölməsi də olacaq. Buna nəyə görə ehtiyac var deyə bilərsiniz. Düzdür tələbələr üçün məlumatlar arasında fəlsəfəyə aid dərslər olacaq, lakin bizim yaradacağımız bu ayrıca bir sahə peşəkar və həvəskar yazarları öz ətrafında toplayacaq. Bizim bu sahəyə nəzərdə tutduğumuz həvəskar və peşəkarlarımız var. Ancaq bu o demək deyilki yalnız onlar olacaq. Əgər kimsə könüllü yazar olmaq istəsə həmin şəxlər qəbul ediləcək.
Bundan başqa insanlar fikirlərini bölüşmək və informasiya mübadiləsi aparmaq məqsədilə forum yaradılacaq. Bu forumda bütün informasiyalar Azərbaycan Türkcəsində olacaq. Ümidvarıq həmin sahədə fəal iştirak edəcəksiniz.
Bildiyimiz kimi BMT-ə ikinci beynəlxalq dil Fransız dili qəbul edilib. Buna görə ingilis dili ilə yanaşı bu dili də bilməyimiz çox yaxşı olar deyə düşünüük. Sizlər üçün Azərbaycan şəbəkə aləmində bir ilk etmək istəyirik. Bu xəbərimiz adından göründüyü kimi fransız dilini müntəzəm dərslərlə öyrənməkdir. Bunun üçün saytımızı müntəzəm izləyin, çünki dərslərimiz 2-3 gündən bir biri əlavə ediləcək. Dərsləri LE FRANÇAIS D’AFFAIRES kitabından istif
Rəylər (3)
Əziz dostlar. Bu rəy bunun özünündür:
Xanım mənə sizin rəyiniz önəmli deyil, çünki sizin vebdən anlayışınız bəllidir. Oki qaldı mənim təqdim etdiyim sayta o sayt sizinkilərə nisbətdə yaxşıdır dedim. Mən ora vördpress urmuşam çünki o sayt mənim sayt yox blogdur. Orda çox istifadəçili bir sayt olduğu üçün o sayt vördpress əsaslıdır.
Oki qaldı sizin verdiyiniz qiymətə inanın bu sizin emosiyalarınızı gizlədə bilməməyinizdən irəli gəlir. Azərbaycanın veb aləmində ən tanınmış qurumla əlaqələrim var. Bu saytı onlara verdim və dəyərləndirməsini istədim. Onlarda o 10-luqdan cəmi 4 sayt adı çəkdi biri də mənim saytım idi. Etdiyim işin dəyərini sizə qarşı təvazökar olacam deyə kölgələyə bilmərəm.
Hə birdə dünya opensource üzərində qurulub deyə zırt-pırt hamı sayt açırda. Siz istəsəz sizə özümün 0-dan yığdığım scriptimi göstərərəm sonra özünüzlə məni müqayisə edərsiz.
Hər nəysə... Burda sizə sərf edəcəyim vaxt əvəzinə daha səmərəli işlər görərəm. İndi isə nə qədər emosional olursunuz olun...
Layihəni təqdim edənin cavabı

Bunu tərbiyəsizlik olaraq görürsünüzsə o sizin probleminizdir. Hər nəysə... Uzatmağa ehtiyac yoxdur. Bu yerdə bir söz yadıma düşdü amma yazmayım..... Yazsam ən azından özümə hörmətsizlik edərəm.

Hörmətli Sənan bəy. Siz kurikulum.az saytına rəy yazandan sonra məni maraq götürdü ki, görəsən bunun işi nə qədər güclüymüş ki, mənim işimi bəyənmir. Baxdım və təəccübləndim. Adi WordPress əsaslı, özü də hazır şablonlu bir saytınız var. Zəngindirmi? Xeyr. Yenilənməsi baxımından da müsabiqəlik deyil. Açığı saytınızı heç uzun-uzadı ziyarət edə də bilmədim. Yəni bir sözlə desəm, məni orda tutacaq bir şeyə rast gəlmədiyim üçün əfvinizə sığınaraq dərhal da tərk etdim.

Hörmətlə,
Almaz Həsrət

S.A. Müqayisə üçün mənim təqdim etdiyim saytlar: almazhasret.com və kurikulum.az
baxılıbElvin_kerimov, iyun 9, 2010
bu vaxta qeder elektron tehsil saytlari yaxsi ede bilmemisdi. bu sayta daxil olduqdan sonra mene lazimli olan bir nece meqaleleri asanliqla elde ede bilmisem. ona gore bu saytin rehberliyine tesekkurumu bildirirem
Layihəni təqdim edənin cavabı

Elvin bəy, işimizi qiymələndirdiyiniz üçün təşəkkürlər!!!