Riyaziyyat fənninin tədrisində METR – in rolu

Internet Səhifə
Video çarx
Salam, hörmətli yoldaşlar! Hər birinizə uğurlar arzulayıram!
Layihəmdə riyaziyyat fənninin tədrisində milli elektron tədris resurslarının rolunu göstərmiş, riyaziyyat fənn kurikulumunun tələbləri əsasında hazırladığım dərs nümunələrini, İnternətdəki işlərimi təqdim etmişəm.
Yaratdığım bütün resurslarla milli elektron tədris resurslarımızı zənginləşdirməyə çalışıram. Məqsədim cəmiyyətimiz üçün sağlam ruhlu, intellektual gənclər yetişdirməkdir.
Rəylər (12)
baxılıbaslan7, dekabr 31, 2014
3 gün vaxtımı alanda 2 dəq dinləsəydiz
Şaxtababaya SMS
Hörmətli Şaxtababa!Səhəri günəşli,günortası dümanlı-çənli, gecəsı soyuq dekabr gecəsində xoş gördük. Bilirəm, ilin son gecəsində işiniz çoxdu-tədbirlər,görüşlər və sair,ilaxır.Deyilənlərə görə görüşlərə əliboş getmirsiniz.Zəhmət olmasa deyin təmənnasız sadəcə kiminsə qəlbini xoş etmək,sevindirmək üçün getdiyiniz görüş varmı? Hədiyyələr atanızın,ataların yoxsa,atanların hesabınadır?
Susursunuz.Sizi incitdimsə bağışlayın, yəqin yalançı rolu oynamaqdan yorulmusunuz.Sorğulamaq mənə düşməz-əsirləri, nəsilləri yola salmısınız.
Ən şirin,ən sevimli,ən sevincli yalan olduğunuzdan hamı sizə aldanmaq istəyir.Hətda qar ömrü yaşadığınıza kədərlənənlər də olur.Adəm övladının aldanma vərdişini görən Odbabalar isə zamanla insanlığı yandırır.
Şaxtababa eşitdiyimə görə arzuları çin edirsiniz.Özümçün nəsə istəməyəcəyimi yəqin təxmin etminiz.Gələcəyimiz naminə arzu edərdim ki Şaxtababa olaraq qalsanız da saxtababa və ya saxtaların babası olmayasınız!
Layihəni təqdim edənin cavabı

İstənilən bədii yazı ümumiləşmənin nəticəsidir. Amma illərlə işlərimi bəyənməyəndə özümə söz vermişdim ki etiraz edə bilməyəcəyiniz layihələr hazırlayacağam lakın dəvətinizə gəlməyəcəyəm. Hər şeyi unudardım heç olmasa bu dəfə düz olduğunuza inana bilsəydim-yer məsələsi mənimçün maraqlı deyil.

baxılıbaslan7, dekabr 16, 2014
Xahiş etdim ki işi saytdan çıxardın, müsabiqədən adımı uzaqlaşdırın!!!!!!!!!!!!!!!!!!!!!!!
https://www.youtube.com/watch?v=uUC9qNg-h1M
https://www.youtube.com/watch?v=J1TmRMqLQEU
baxılıbAyNur2014, oktyabr 24, 2014
Nurlan müəllimə sizin təqdimatlarınız bir-birindən maraqlıdır.Bizim kreativ müəlliməmiz yorulmayasızş.Uğurlar
Layihəni təqdim edənin cavabı

Təşəkkür edirəm.

baxılıbSevinc12, oktyabr 24, 2014
Uğurlar! Uğurlar! Uğurlar!
Layihəni təqdim edənin cavabı

Sağ olun!

baxılıbRəsulov, oktyabr 15, 2014
Müəllimə.müsabiqəyə təqdim etdiyiniz iş müasir tələblərə cabab verən nümunəvi işlərdir.Sizin pedaqoji fəaliyyətinizlə respublikada kecirilən tədbirlərdən müsabiqələrdən və.s bələdəm.Siz Respublikanın pedaqoji ictimaiyyəti tərəfindən yaxından tanınan fədakar pedaqoqsınız.İsmayıllının bütün pedaqoji kollektivləri adından Sizə ugurlar arzulayıram! Ş.H.Rəsulov-Əməkdar müəllim.
Layihəni təqdim edənin cavabı

Çox sağ olun. İsmayıllı müəllimləri ilə tədbirlərdə, müsabiqələrdə tez-tez rastlaşıram. Müəllimlərinizin çalışqanlığı, irəli getmək arzusu, bir-birinə dəstək olması çox xoşuma gəlir. Sizə, rayonunuzun müəllimlərinə, eləcə də bütün Azərbaycan Müəllimlərinə uğurlar arzulayıram!

baxılıbnnametov@list.ru, oktyabr 12, 2014
Size ugurlar arzulayiram.Maraqli alinib.Riyaziyyat fenninin menimsenilmesi ucun bu cur resurslarin hazirlanmasi cox onemli ve meqsedeuygundur.Buna gore de size tesekkur edirem.
Layihəni təqdim edənin cavabı

Sağ olun. Vaxt ayırdığınız üçün mən Sizə təşəkkür edirəm.

baxılıbSevinc Mirzəyeva, oktyabr 11, 2014
Nurlan müəllim sizin təhsillə bağlı hər bir işiniz uğurlu alınır !!!Bu uğurlarınızın davamını diləyirəm!!
Layihəni təqdim edənin cavabı

Sağ olun, Sevinc müəllim! Bütün işlərimin uğurlu alınması üçün bacardığımı edirəm. Təhsilsə çox bağlandığım, ayrıla bilmədiyim sahədir.

baxılıbsekine1996, oktyabr 8, 2014
muellime size ugurlar.insallah layiqli yeri tutarsiz.
Layihəni təqdim edənin cavabı

Sağ olun

baxılıbfizik81, oktyabr 4, 2014
Nuran müəllimə ,ilk dəfə təqdim olunan bu nominasiyada sizin işinizi görmək heç də təccüblü deyil.Sizin pedoqoji zəhmətiniz gözlər önündədir.Bu yolda sizə bol-bol uğurlar diləyirəm. Mənim Müəllim Blogları nominasiyasındakı işimə məhz sizin verəcəyiniz rəy mənim üçün çox dəyərli olar .Uğurlar!Hörmətlə:Aliyə Əhmədova
Layihəni təqdim edənin cavabı

Çox sağ olun, Aliyə müəllim! Dəyərli işə rəy vermək xoşdur. Zəngin bloqunuz var. Sizə həm müsabiqədə, həm də ümumiyyətlə, pedaqoji işlərinizdə uğurlar arzulayıram!

baxılıbTonikuk, oktyabr 4, 2014
İŞİNİZ ƏN YÜKSƏK DƏYƏRƏ LAYİQDİR ! SİZƏ UĞURLAR !
RƏFAİL /Əliyev, Şirvan ş.1 saylı tam orta məktəb-xüsusi istedadlı şagirdlər liseyinin MƏNTİQ müəllimi,filoloq,ali kateqoriyalı baş müəllim,məktəbin hərbi rəhbəri
Layihəni təqdim edənin cavabı

Çox sağ olun!

baxılıbazeri.1986, sentyabr 22, 2014
uğurlar
Layihəni təqdim edənin cavabı

Sağ olun