HƏR ŞEY VƏTƏN ÜÇÜN !!! GÇH Rəhbərinin kurikulum fənn blogu.

Müsabiqə iştirakçılarını salamlayır və hamıya uğurlar arzulayıram .GÇH Rəhbərinin Kurikulum və Vətənpərvərlik blogunu hazırlamaqda məqsədim Təhsil Strategiyamızda qarşıya qoyulmuş hədəflərə nail olmaq yolunda öz töhfələrimi verməkdir.GÇH Rəhbərinə dərs prosesində lazım ola biləcək hər bir material ,testlər .videoresurslar ,e-kitablar və s. blogda ixtiyarınıza verilib.TPİ-də GÇH Kurikulum Qrupunun üzvü olaraq Bütün müəllimlərə yeni tədris ilində uğurlar arzulayıram!
Rəylər (12)
baxılıbesger1957, dekabr 17, 2014
Vasif müəllim təbrik edirəm.Təqdimatda iştirak etmisiniz.Məni sizin uğurlarınız sevindirir. Sağlıq olsa görüşərik.
baxılıbilham.abdurrehman, noyabr 3, 2014
ugurlar...
Layihəni təqdim edənin cavabı

Təşəkkür edirəm !

baxılıbnagiyev, oktyabr 28, 2014
Sizə uğurlar arzulayıram. Çox maraqlıdı və bütün həmkarlarınız bu bloqdan yetərincə faydalana bilərlər.Ümid edirəm ki Qalib olarsız.
Layihəni təqdim edənin cavabı

Təşəkkür edirəm.Sizə də uğurlar arzulayıram.

Uğurlar Vasif müəllim!
Layihəni təqdim edənin cavabı

Təşəkkür edirəm Vəfa xanım.Sizə də uğurlar arzulayıram.

baxılıbfizik81, oktyabr 17, 2014
Salmam Vasif müəllim.Blogunuzda şagirdlərinizin komanda halında parad hazırlıqlarına biganə qalaraq baxmaq qeyri-mümkündür.Zəhmətinizə halal olsun.İnternat tipli orta məktəbdə sizin kimi öz üşüni bilən öz dərsini layiqincə reallaşdıran ,İKT qabiliyyətləri ilə fərqlənən GÇH Rəhbərinin olması həm təəccüblüdür ,həm də təqdirə layiqdir.Ali Təhsilli Hərbi kadr kimi ehtiyata buraxıldıqdan sonra belətəhsil sahəsində də hər tərəfli müəllim xidmətinə görə də Sumqayıt müəllimlər adından sizə dərin minnətarlığımı bildirirəm.İnşallah Allah Zəhmətinizin Bəhrəsini verər.Amin.Müsabiqədə inşallah fərqlənənlərdən olarsınız!
Layihəni təqdim edənin cavabı

təşəkkür edirə Aliyə müəllimə.Sizin fikirləriniz mənim üçün çox xoşdur.Sizə də uğurlar arzulayıram.

baxılıbgunesov60@mail ru, sentyabr 24, 2014
Ramazan Müəllim Köhnə sovetdən qalma işlərdir.
Yeni yaradıcı bir fikir yoxdur.
Layihəni təqdim edənin cavabı

Hörmətli Gunesov,şərhinizdə adımı səhv yazmağınızdan bilinir ki ,siz heç blogu ətraflı araşdırmamısınız.Fikrimiz "sovetdən qalma işləri" yeniləmək, "sovetdən qalma köhnə fikirli insanları" müasir ,vətənini sevən və demokratik insanlarla çevirmək,yeni cəmiyyət qurmaqdır.Fərqli şərhinizə görə xüsusilə minnətdaram.

baxılıbgunesov60@mail ru, sentyabr 24, 2014
Ramazan Müəllim Köhnə sovetdən qalma işlərdir.
Yeni yaradıcı bir fikir yoxdur.
Layihəni təqdim edənin cavabı

?????

baxılıbfizik81, sentyabr 24, 2014
Vasif müəllim,dövrün tələbi olan hərbi hazırlıq və vətənpərvərlik ruhunda hazırladığınız bu blog böyük bir alqışa layiqdir.Xüsusilə də bölgələrdən olan Hərbi müəllim həmkarlarınızın sizin blog barədə müsbət şərhləri diqqətimdən yayınmadı.İnanıram ki ,müsabiqə qaliblərindən biri məhz siz olacaqsınız.Sizə bol-bol uğurlar diləyirəm!
Layihəni təqdim edənin cavabı

Bəli Aliyə xanım ,Hərbi Rəhbər həmkarlarım blogdan faydalana bilirsə deməli blog uğurlu alınıb.Təşəkkür edirəm

baxılıbAylaRamazanlı, sentyabr 24, 2014
Mən inanmazdım ki ,hərbi dərs üçün belə maraqlı dizaynı olan blog hazırlamaq olar.Vasif müəllim .sizə müsabiqədə uğurlar arzu edirəm!
Layihəni təqdim edənin cavabı

Təşəkkürlər.Sizə də uğurlar!

baxılıbTonikuk, sentyabr 20, 2014
Hörmətli Vasif müəllim, Sizin Bloqa dəfələrlə baxmışam,bu gün yenidən baxdım.Sizin işiniz əsl vətənpərvərlik nümunəsidir.Siz müasir dərs təşkil etmək istəyən hərbi rəhbərlərə böyük töhfə vermisiniz.Mən də hərbi rəhbər kimi İKT-dən geniş istifadə edir,özüm də elektron resurlar hazırlayıram.Mən həm də əlavə iki ixtisasdan dərs apardığıma görə(Məntiq,Azərbaycan dili və ədəbiyyat) bu fənlər üzrə elektron resurslar hazırlayıram.Sizin və həmkarınız Əsgər Manafovun bloqları həmkar kimi köməyimə gəlir.Sizə və Əsgər müəllimə bu müsabiqədə uğurlar arzulayıram.
Hörmətlə: Şirvan şəhər 1 saylı tam orta məktəb-xüsusi istedadlı şagirdlər liseyinin hərbi rəhbərı,GÇQH,Məntiq,Azərbaycan dili və ədəbiyyat müəllimi,istefada olan baş leytenant,filoliq,ali kateqoriyalı baş müəllim Əliyev Rəfail Şıxəli oğlu
Layihəni təqdim edənin cavabı

Hörmətli Rafail müəllim,Rəyiniz bizimçün çox önəmlidir,həm də çox maraqlıdır.Düzdür bu bloqda hələ istədiklərimizi tam həyata keçirməmişik.Ancaq inanıram ki,elə sizlərin köməyi ilə çoxlu işlər görəcəyik.Sizə işlərinizdə uğurlar arzulayıram.Hörmətlə Vasif müəllim.

baxılıbesger1957, sentyabr 17, 2014
Vasıf müəllim sizin bloka mən dəfələrlə baxmışam Çox yaxşı hazırlamısınız.Sizə uğurlar.
Layihəni təqdim edənin cavabı

Hörmətli Əsgər müəllim,sizin rəyiniz mənüm üçün cox önəmlidir.Çox istərdim ki,sizinlə yaxından tanış olum.Hər zaman sizi özümüzə örnək sayırıq.Sizə uğurlar arzulayır və öz təşəkkürümü bildirirəm.

baxılıbesger1957, sentyabr 17, 2014
Vasıf müəllim sizin bloka mən dəfələrlə baxmışam Çox yaxşı hazırlamısınız.Sizə uğurlar.
Layihəni təqdim edənin cavabı

Hörmətli Əsgər müəllim,sizin rəyiniz mənüm üçün cox önəmlidir.Çox istərdim ki,sizinlə yaxından tanış olum.Hər zaman sizi özümüzə örnək sayırıq.Sizə uğurlar arzulayır və öz təşəkkürümü bildirirəm.