MUSİQİ ALƏMİ

Internet Səhifə
musiqi.zip (3839 baxış)
Elektron təhsil resursları keçilən dərslərin keyfiyyətini, elmi intensivliyini, şagird və müəllimlərdə peşəkar araşdırma qabiliyyətinin inkşafına kömək edən bir vasitədir.
Hazırlanmış bu resurs musiqi dərsində müəllimə, şagirdə köməkçi bir vasitə olmaqla yanaşı şagirdə müstəqil olaraq öz üzərində çalışmağa imkan verən bir vasitədir. Musiqi müəliminin dərsin məqsədinə çatmaq üçün yaxın köməkçisi ola biləcək bu resurs çox asan istifadə qaydasına malikdir.
Resursu hazırlamaqda məqsədimi və onu istifadə etmək qaydalarını siz onu yüklədikdən sonra əlavə olunmuş faylda görəcəksinz. Hazırladığım resurs şagirdin əlavə müdaxiləsi və ya dəyişiklik edə bilməyəcəyi bir proqramın köməyindən istifadə edilərək hazırlanmışdır. Resursa kənar müdaxilə mümkün deyil və yalnız istifadə üçün verilmiş alətlərin köməyi ilə baxmaq olur.
Ümid edirəm ki, onu yüklədikdən sonra fikirlərinizi mənimlə şərh yazmaqla bölüşəcəksiniz. Hər birinizin şərhi mənim üçün həm dəyərli, həm maraqlı, həm də ki, öz üzərimdə işləmək baxımından şans verən bir motivasiya olacaqdır.
Rəylər (4)
baxılıbqusko, iyun 12, 2010
Sizin işə daha yaxşı baxdım və işdə olan çatışmamazlığı dəqiqləşdirdim.
Məncə işdə düymələrin sahələri düz təyin olunmayıb.
Məsələn, "Günəş olardım mən də" düyməsinin yuxarı hissəsini seçəndə məndə "Kitablar" səhifəsi açılır. Düymənin aşağı hissəsini seçəndə isə "Sülh ..." açılır.
Yalnız tam ortasına vuranda lazım olan mahnı açılır.
Başqa düymələrdə də belə bir problem müşahidə olunur.

Mənim obyektivliyimi qiymətləndirdiyinizə görə çox sağolun.
Təəssuf ki, müəllimlərin içində belələrinə də rast gəlmək olur ki, başqaların işləri özəlləşdirirlər və öz işlərinə mövcüd olmayan mükafatları yapışdırırlar. Elələrin uşaqlara necə təlim-tərbiyə verəcəyini düşünəndə az qala dəli oluram.

http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=599&Itemid=34

http://musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=33&Itemid=34
Layihəni təqdim edənin cavabı

Hüseyn müəllim bir daha salam.
Səhifəmdə rəyinizi gördüm çox sevindim. Hazırladığım işlərə olan hər bir tənqidi yanaşma məndə öz üzərimdə işləməy baxımından növbəti, yeni motivasiyadır.
Buna görə də bir daha Sizə və digər rəyçilərə təşəkkür edirəm.

İşimdə olan çatışmamazlığa qalanda isə Sizdən artıq dərəcədə xaiş edirəm mənim xətrimə "MUSİQİ ALƏMİ" resursumda düymələrin yalnız ortasına vurun.

ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİRƏM.
SAĞ OLUN

baxılıbfuad, iyun 11, 2010
Hörmətli Mülkü müəllim.Sizin isi internetimin zeif olmasi ucbatindan çetinlikle de olsa yukleyib baxa bildim .Çox maraqlı ideyadır.Üzerinde de çox zehmet çekilib. Məncə bu isin tətbiq olunması şagirdlərimizin xeyrinə olardı.Size müvefeqiyyetler arzu edirem.
Layihəni təqdim edənin cavabı

Fuad müəllim diqqətinizə görə təşəkkür edirəm.
SİZƏ UĞURLAR.

baxılıbqusko, iyun 10, 2010
Maraqlıdır. Yəqin ki, musiqi müəllimləri üçün faydalı olar.
Amma məndə birinci və axırıncı mahnılar açılmadı.
Sözün düzü başqa mahnılar açılır, yəqin ki, skriptdə səhv var.
Layihəni təqdim edənin cavabı

Hüseyn müəllim diqqətinizə görə sizə təşəkkür edirəm.
Sizin digər işlərə yazdığınız rəyləri də oxumuşam.
Obyektivliyiniz doğurdan da alqışa layiqdir. Xüsusən yerləşdirilmiş işlərin hansısa şirkət, elektron nəşriyat tərəfindən yaradılması ilə bağlı yazdığınız rəy çox maraqlıdır. Fikrimcə nominantlar arasında kiməsə hazırlatdırıb öz adından yerləşdirilmiş işlər də var. Əsasnaməyə görə isə belə işlərin müəlifləri üçün MÜƏLLİF LOLLEKTİVİ adlı qeydiyyat bölməsi ayrılıb.
TƏKLİF:
Nominantların bu işlərin müəllifi olub olmadığını yoxlaya biləcək bir mexanizm olsaydı çox gözəl olardı.

MUSİİ ALƏMİ İŞİMDƏ OLAN PROBLEMLƏ BAĞLI
Birinci və sonuncu mahnıların acılması məsələsinə narahat olub baxdım. Problemsiz açılır. Digər kompyuterlərdə də yoxladım açılır.

HÜSEYM MÜƏLLİM BİR DAHA DİQQƏTİNİZƏ GÖRƏ SİZƏ TƏŞƏKKÜR EDİRƏM

baxılıbsabinaras, iyun 8, 2010
Salam Mulku m., yaradici ve rengareg resurslariniza gore chox sag olun!
Layihəni təqdim edənin cavabı

Diqqətinizə görə təşəkkür edirəm Sabina xanım.
Sizə də uğurlar arzulayıram