Türk dilləri ailəsi

Internet Səhifə
Müsabiqə iştirakçılarını salamlayır və uğurlar arzulayıram. X sinifdə Azərbaycan dili fənnindən tədris olunan “Türk dilləri ailəsi” mövzusu Türk dilləri, onların tarixi, yayıldığı ərazilər, inkişafı, müasir dövrdə vəziyyəti haqqında məlumat vermək məqsədi daşıyır, soykökünə bağlılıq, milli vətənpərvərlik, türk həmrəyliyi, tariximizlə və bu günümüzlə qürur duymaq hisslərini tərbiyə edir. Şagirdlər eyni sözlərin ayrı-ayrı türk dillərində oxşar və fərqli tələffüzünü, mənalarını müəyyən etmək, bu dillər haqqında daha ətraflı məlumat toplamaq üçün çox həvəslə İKT-dan istifadə edirlər. Türk dilli xalqların dil xüsusiyyətlərini, mədəniyyətini, tarixini öyrənmək baxımından Türk dövlətləri və muxtar qurumları haqqında internet səhifələrində zəngin məlumatlar verilib. Burada türk dilli xalqların yazısı, yaşadığı coğrafi ərazilər, əhalisi, dövlət rəmzləri və s. haqqında da məlumatlar vardır. “Türk dilləri ailəsi” mövzusu üzrə hazırladığım dərsdə İKT-dan əldə etdiyim cədvəl, xəritə, şəkil və məlumatlar dərsin daha maraqlı keçməsinə, tədris zamanı fənlərarası əlaqəni tətbiq etməyə, daha müxtəlif iş formalarından istifadə etməyə imkan verir.
Rəylər (6)
baxılıbAY-2005, sentyabr 17, 2012
maraqlı alınıb..
baxılıbRuhangiz59, iyun 7, 2012
materialınıza baxdım.maraglı məlumatlardır.nominant seçildıyiniz üçün sizi təbrik edirəm.
Layihəni təqdim edənin cavabı

Təşəkkür edir və sizə də müvəffəqiyyətlər arzulayıram.

baxılıbtarlan14, iyun 6, 2012
NOMINANT SECILDIYINIZ UCUN UGURLAR!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Layihəni təqdim edənin cavabı

Minnətdaram. Sizə də uğurlar!!!

baxılıbElfira, may 31, 2012
Təbrik edirəm sizi. Uğurlar sizə!
Layihəni təqdim edənin cavabı

Elfira xanım,minnətdaram!

baxılıbemin3, may 31, 2012
NOMINANT SECILDIYINIZ UCUN UGURLAR
Layihəni təqdim edənin cavabı

Çox sağ olun, sizə də müvəffəqiyyətlər!

baxılıbsamir555, aprel 30, 2012
seadet muellime ishinizle tanish oldum. size ugurlar
Layihəni təqdim edənin cavabı

Teşekkür edir və sizə də uğurlar diləyirəm.