AlmazHasret.com. Sizin üçün bir təhsil saytı!

Bakı şəhəri, Ə. Əliyev adına 204 saylı orta məktəbin biologiya müəlliminin şəxsi internet saytı yeni bir təhsil saytıdır. Bu saytda müəllimlər üçün yeni olan və tədrisdə İKT-nin istifadəsi ilə keçirilən dərslərə kömək məqsədi ilə yeni proqram vasitələrində hazırlanmış hazır dərs nümunələri və metodiki təvsiyyələrdən ibarət resurslarla tanış ola bilərlər. Müxtəlif beynəlxalq təhsil saytlarında iştirakını əks etdirən səhifələr, beynəlxalq təhsillə bağlı bilgilərə dair məlumatlarla digər müəllimlərin bu sahədə maarifləndirilməsinə yardım göstərər.
Təhsildəki uğurları əks etdirən diplomları, mətbuatdakı yazıları, biologiya fənninə dair metodiki tövsiyyələri, müəllimin iş fəaliyyətləri və s. barədə məlumatları yerləşdirilib.
Rəylər (71)
baxılıbalor, iyun 16, 2010
Murik bəyin fikirləri ilə tam razıyam,
şərhiniz üçün təşəkkür edirəm :)
baxılıbmurik, iyun 16, 2010
Almaz xanım siz boyuk 1 qruplasma ile mubarize aparirsiniz.Özü de leyaqet ve temkinle.Sizin sebrinize heyranam.Sanki siz dusmansınız bu musabiqede .Mence bu qeder de olmaz axi.Bezi isleri olan ve eziyyet cekib rey yazanlari demirem.O hansi ki hec biir is gormeyib ancaq tenqid etmeyi bilir.Uzumu onlara tutub deyirem.Almaz xanimin isinin 1 faizini de siz numayis etdirseydiniz.Heqiqeten de tenqid emek cox asandir.Tenqid edende de konkret isle baqli munasibetinizi bildirin.Obyektiv tam durust.1 terefden Sevindirici haldir ki sizin saytiniz bu qeder maraq merkezi olmusdur.En cox rey yazilan istirakcisiniz.
Almaz xanim size uqurlar arzulayiram.
Layihəni təqdim edənin cavabı

Hörmətli murik.Təşəkkür edirəm ki, siz zaman ayırıb mənim işimə rəy yazmısınız. Fikirlərinizdə haqlısınız. Elə bil ki, kimlərsə işini-gücünü atıb məni tənqid etməklə məşğuldur. Bu yerdə ataların bir sözü yadıma düşür: Bar verən ağaca daş atarlar. Görünür işim birilərini ciddi şəkildə rahatsız edir ki, belə çirkin rəqabət aparmağa səy göstərirlər. Mən də, sizin dediyiniz kimi, səbrlə hər kəsə cavab verirəm. Yel qayadan nə aparar ki? Sözünüzə qüvvət, özləri ortaya bir iş qoymadıqları, yaxud da qat-qat zəif iş qoyduqları halda mənim işimi "bəyənməyənlərə" nə deyim axı? Yazırlar, yazsınlar da...

Hörmətlə,
Almaz Həsrət

Hörmətli Almaz xanım.Men size rey yazmayacaqdım amma yeniden sizin fikirlere bir oxucu ve musabiqenin gedisatını diqqetle izleyen bir vetandaş kimi rey yazmaqa mecburam.Sizin ceyhun adlı istifadeçiye verdiyiniz cavab meni tessüflendirdi.1 pedaqoq kimi muqayiseniz çox yersiz oldu mence.Bura eurovision sehnesi deyil.Sizde Sefura deyilsiniz.Bu müsabiqede inamla mübarize aparan bir müellimesiniz.Kimdense sizin sayta obyektiv rey vermesini xahis etmek normaldir.Cunki reyler menfi ve ya musbet olmaqla sizin gelecek fealiyyetinize bilavasite yaxşı menada tesir edecek.Ama kimdense destek istemek "Ay millet meni terfileyin" demekden başqa bir yozumu yoxdur.
Layihəni təqdim edənin cavabı

Hörmətli lala-yk. Sizin təəssüfünüz məni təəccübləndirdi. Məsələ Eurovision səhnəsində deyil ki. Siz bir az diqqətlə məsələnin mahiyyətinə varsaydınız görərdiniz ki, mən Azərbaycanı təmsil etmək, yaxud da təhsilimizi təmsil etmək, uğurlarını layiqincə qiymətləndirmək baxımından belə bir müqayisə aparmışam. Səfurənin çıxışı, yaxud da Azərbaycanın Eurovison-da iştirakı aşağılayıcı bir şeymidir ki, siz müqayisəni bir pedaqoqa yaraşdırmırsınız? Qaldı ki, saytımda məni dəstəkləmək üçün yerləşdirdiyim çağırışa, bu da normal bir şeydir. Yəni ayıb olacaq yönü nədir ki bunun? Axı bu yarışmadır və biz də tərəfdarlarımızı dəstək olmağa çağıra bilərik. İşimizi eldən-obadan gizlədib yarışası deyilik ki. Ümid edirəm ki, sizin təəssüfünüzü aradan qaldıra bildim.

Hörmətlə,
Almaz Həsrət

baxılıbCEYHUN9b, iyun 16, 2010
Salam Almaz müəllimə!

Əvvala əməyə hörmət! Əvvala saytınızla bağlı iradlarımı bildirmək istərdim. Birincisi, saytın dizaynı heçdə ürək asan deyil. Belə tipli saytlar üçün bir qədər ciddi və sadə dizayn olmalıdır. İkincisi isə, sayta diqqətlə baxdıqda, bu sayt yalnız reklam saytı kimi fəaliyyət göstərir(ən azından mənim fikrimcə). Çünki saytın içində ancaq sizin və məktəbin diplomları yer alır. Bunun sayta daxil olan şagirdlər üçün nə xeyri olacaq onu bilmirəm. Ən sonda isə iradım sizədir. Çünki siz öz saytınlda "Siz müsabiqənin saytına daxil olaraq bu resurslarla bağlı fikrinizi yazmaqla mənə dəstək ola bilərsiniz. Sayğılarla, Almaz Həsrət." bu cümləni işlətmisiniz. Bunun nə qədər düzgün olduğunu isə özünüz fikirləşin! Hörmətlə CEYHUN Əsgərov
Layihəni təqdim edənin cavabı

Hörmətli CEYHUN9b. İradlarınızı əlbəttə ki, bildirmək haqqınız vardır və mən bu haqqa hörmətlə yanaşıram. Ancaq dizaynla bağlı dediklərinizlə razılaşmıram. Çünki zövqlər mübahisə mövzusu ola bilməz və o baxımdan belə bir dizayn şəxsən mənim xoşuma gəlir. Təbii ki, bunun mütləq sizin də xoşunuza gəlməsini tələb etməyə haqqım yoxdur. Yeri gəlmişkən, sizdən öncəki rəylərdən birində məhz saytımın gözəl dizaynlı olmasından əndişə duyulur.

Saytın reklam üçün olması fikriniz də doğru deyil. İndi mən nə edim ki, öz şəxsi saytımda nümayiş etdirməli olacağım uğurların sayı bu qədər çoxdur?

Saytın şagirdlər üçün nəzərdə tutulduğunu da hardan çıxardınız? Bir daha təkrar etməyə məcburam ki, bu, mənim şəxsi internet resursumdur. Yəni şagirdləri hədəf alaraq qurduğum bir resurs deyil. Saytımdakı çağırışa gəlincə, bu da normal bir şeydir. Bir yarışma olanda hər kəs tərəfdarlarından dəstək istəyir. Misal üçün, may ayındakı Eurovision üçün az qala bütün TV kanallarımız bar-bar bağırırdılar ki, xaricdəki Azərbaycanlılar Səfurəyə dəstək olsunlar. İndi sizcə, bu pis bir hərəkət idi? Təbii ki, bir yarışma varsa hər kəs tərəfdarlarından dəstək istəmə haqqına sahibdir. Normal bir şeydir yəni.

Hörmətlə,
Almaz Həsrət

Bəli, bircə buna sevinirəm ki, daha heç kim, "kənd zəhmətkeşi" günün günorta çağında bu saytda metodik işə dair heç nə tapmadığı halda, tərif dolu məktubları buraya göndərməyəcək. Əziz " zəhmətkeş məktubu" göndərən müəllimə. Sizə, dərsələrinizə faydalı o "maraqlı" məlumatla, saytın hansı səhifəsində rast gəlmisiniz ki, onu Sizdən başqa heç kim görə bilmir? Hörmətli ziyarətçi. İnanın ki, adam söz tapa bilmir.
Layihəni təqdim edənin cavabı

Hörmətli Faxi23. Düzü bu rəydə nə demək istədiyinizi anlaya bilmədim. Lütfən, yardımçı olarsanız sevinərəm.

Hörmətlə,
Almaz Həsrət

Salamlar. Təxminən bir neçə saat və ya gündən sonra bu müsabiqə yekunlaşacaq, amma internet resurlarına kömək üçün əl uzadan fənn müəllimləri yenə də əliboş qalacaqlar. Nə onlara metodik dəstək veriləcək, nə də dərs nümunələri təqdim olunacaq. Açacaqlar Almaz Həsrətin "Sizin üçün bir təhsil saytını" və burada heç bir möcüzə baş verməyəcək. Görəcəklər ki, dizayn olan, amma metodik işi olmayan, özünü təriflə dolu olan bir səhifə var. bir də ki, dizayn "möcüzəsi" ilə nəyə isə nail olacağına ümid bəsləyən Almaz xanım. Sizin bütün səhifələrinizə diqqətlə baxmışam və ona görə də bir metodist kimi bildirirəm. Kompüteri, adi təhsil xəbərlərini buraya köçürməklə, görəsən nə əldə oluna bilər. Bu işi nazirliyin saytı da edir. Dizaynla kimisə şoka salmaq zamanası geridə qalmamışdır? Sizin bütün işləriniz yalnız informasiya xaraterli işlər olmuşdur. Üstəlik də burada mənim yazdığım bəzi rəyləri də "sildirmisiniz". Nə qədər qəribədir, deyilmi? kaş sizin bir dərsinizi dinləyə idim?...Sağ olun.
Layihəni təqdim edənin cavabı

Hörmətli Faxi23. Mənim saytımda doğrudan da heç bir möcüzə yoxdur və mənim möciz olduğumu hər halda düşünmürsünüz. Mənim saytım şəxsi internet resursumdur və orada əsas məqsədim özümlə bağlı olan məlumatları toplamaq və maraqlananlara təqdim etməkdir. Zatən saytı ziyarət edəndə bunu görmək mümkündür. Sizin adi dediyiniz təhsil xəbərlərinə gəlincə, xəbəriniz olsun ki, onların istifadəçiləri olduqca çoxdur və bunu mənə şəxsən edilən müraciətlər, yazıların altındakı şərhlər təsdiq edir. Dizaynla kimisə şoka salmaq deyəndə sizin nəyi nəzərdə tutduğunuzu, açığı anlaya bilmədim. Yəni saytımda nəsə qeyri-adi bir görkəm var ki? Hə, bir də yazırsınız ki, burada sizin yazdığınız rəyləri sildirmişəm. Vallah, siz məni əməlli-başlı qüdrət sahibi hesab edirsiniz deyəsən. Mənim rəy sildirəcək qədər gücüm yoxdur axı. Bəlkə siz şərhlərinizi başqa yerə yazıb yerini unutmusunuz və indi də düşünürsünüz ki, mən sildirmişəm. Belə hal bir dəfə də olmuşdu. Həm də bu iddianız təşkilatçılar üçün ciddi bir ittihamdır və düşünürəm ki, buna onlar cavab versə daha doğru olar. Öz payıma deyirəm ki, rəy sildirəcək qədər qüdrətli deyiləm. Dərsimə gəlincə, istədiyiniz zaman, özü də xəbər belə vermədən buyurun. Şad olaram. Hələliksə mənim bir dərsimə burdan baxa bilərsiniz: http://www.kurikulum.az/index.php?option=com_content&view=article&id=374%3Aalmaz-hsrt-zoologiya-8-ci-sinif&catid=178%3Adigr-siniflr-uezr-nuemunvi-drslr&Itemid=208&lang=az.

Hörmətlə,
Almaz Həsrət

Müsabigənin bütün nominatlarının işi vı ona yazılan rəylərlə tanış olandan sonra fikirləşdim ki nə yaxşı ki Almaz xanım, sizin saytınız var imiş. Ruslar demişkən "от скуки умрешь". Yerli yersiz də olsa iradlar var, örnəklər körünməkdədir.
Təgdimataların əksəriyyətinə baxanda birinci sinifə kələn uşaglar yadıma düşür.
-"bu şəkildən xoşun kəlir! -sualına- onların adətən cavabı -hə və yaxudda ki yox olur.
-niyə? - ona körə ki yaxşıdır və yaxudda pisdir. Cavabın belə gısaca olmağı ondan irəli kəlir ki, onlar öz səviyyələrindən yaxşı vı pisin acmasını aca bilmirlər, hələ söz ehtiyatları azdır, düşüncə dairəsi keniş deyil.
Əksər şərh yazanların təgdim olunan iş ya xoşuna kəlir, yada kəlmir. Birinci sinif şakirdləri kimi niyə? sualının acmasını acmayarag ötüb kecirlər
baxılıbAlmaz Hasret, iyun 15, 2010
Əziz Almaz xanım! Mübariz, fədakar, savadlı,… müəllimə! Əgər ucqar bir dağ rayonunda, İntenetin çox zəif olduğu bir yerdə yaşamasaydım, daha ətraflı, geniş,… yazardım. Yaşım və səviyyəm imkan vermir ki, bəzi məsələləri olduğu kimi deyim. Bircə onu demək istəyirəm ki, hər yenilik bəzi adamların elansız “müharibə”si, qısqanclığı, anlamamazlığı ilə qarşılanır. Bəziləri nə bilir ki, gözünün nurunu verib, “can qoyub” iş görmək necə olur. Heç ruhdan düşmə, sükanı belə də saxla bacarıqlı, işgüzar,… müəllimə! Unutma ki, səni dəstəkləyənlər və sənin işlərindən faydalananlar var! Yolun açıq, işıqlı, nurlu olsun!

Hörmətlə, Bahar müəllimə.
Layihəni təqdim edənin cavabı

Hörmətli istifadəçilər. Bu rəyi Bahar müəllimənin xahişi ilə mən özüm burada yerləşdirməli oldum. Onun mənə telefonla dediyinə görə, buradakı parolunu unudub və neçə gündür təşkilatçılarla əlaqə saxlamağa cəhd etsə də məsələni həll edə bilməyib. Ona görə də məndən xahiş etdi ki, göndərdiyi rəyləri onun adından burada dərc edim. Ümid edirəm ki, anlayışla qarşılayacaqsınız. Əlaqə saxlamaq istəyənlər üçün Bahar xanımın e-ünvanı: bahar_ismayilova@yahoo.com.

Hörmətlə,
Almaz Həsrət

baxılıbAlmaz Hasret, iyun 15, 2010
Birilərinə məlum olsun ki, Azərbaycanda sağlam rəqabət də var, bu rəqabətdən hər iki tərəfdə faydalananlar da var! Sadəcə olaraq, bir qədər ürəyigeniş, səbirli,... olmaq və bunları görməyi istəmək və görməyi bacarmaq lazımdır!!!!!!!!!!

Almaz müəllimə, Siz heç ruhdan düşməyin, qoy çox danışanlar özləri gözəl bir sayt yaratmaqla cavab versinlər!!!

Hələlik bu qədər.

Hörmətlə, Bahar müəllimə
Layihəni təqdim edənin cavabı

Hörmətli istifadəçilər. Bu rəyi Bahar müəllimənin xahişi ilə mən özüm burada yerləşdirməli oldum. Onun mənə telefonla dediyinə görə, buradakı parolunu unudub və neçə gündür təşkilatçılarla əlaqə saxlamağa cəhd etsə də məsələni həll edə bilməyib. Ona görə də məndən xahiş etdi ki, göndərdiyi rəyləri onun adından burada dərc edim. Ümid edirəm ki, anlayışla qarşılayacaqsınız. Əlaqə saxlamaq istəyənlər üçün Bahar xanımın e-ünvanı: bahar_ismayilova@yahoo.com.

Hörmətlə,
Almaz Həsrət

baxılıbAlmaz Hasret, iyun 15, 2010
Əziz Almaz müəllimə, çox təəssüf ki, üzürlü səbəbə görə resurslara rəy yaza bilmirəm. Ancaq aidiyyatı olan yoldaşlara bəzi fikirlərimi telefonla da olsa çatdıra bildim. Təəsüflər olsun ki, bəzilərinin hər hansı işdə olan nöqsanlarla, səhvlərlə bərabər yaxşı cəhətləri də qeyd etməyə "əli getmir". Səbəbləri də həm özlərinə, həm çoxlarına, həm də Allaha əyandır, bəllidir. İş olan yerdə höqsan da olar, səhv də. Biriləri utanmadan, günahdan, məsuliyyətdən qorxmadan, bizim üçün çox qiymətli olan sənədləri "kağız,.." adlandırdı. Çox şükür ki, sonradan səhvini başa düşdü. Cavanlıqdır, olur belə işlər... Biriləri əziyyət bahasına əldə edilən uğurların həqiqiliyinə şübhə etməklə, özünə qarşı çox böyük şübhə yaratdı, "hərə öz ürəyindən su içir", hər bir kəs məncə öz elədiklərinə uyğun düşünür bəlkə də... (kobud dedimsə, üzürlü hesab edin).

Davamı yuxarıda... Hörmətlə, Bahar müəllimə
Layihəni təqdim edənin cavabı

Hörmətli istifadəçilər. Bu rəyi Bahar müəllimənin xahişi ilə mən özüm burada yerləşdirməli oldum. Onun mənə telefonla dediyinə görə, buradakı parolunu unudub və neçə gündür təşkilatçılarla əlaqə saxlamağa cəhd etsə də məsələni həll edə bilməyib. Ona görə də məndən xahiş etdi ki, göndərdiyi rəyləri onun adından burada dərc edim. Ümid edirəm ki, anlayışla qarşılayacaqsınız. Əlaqə saxlamaq istəyənlər üçün Bahar xanımın e-ünvanı: bahar_ismayilova@yahoo.com.

Hörmətlə,
Almaz Həsrət

baxılıbCodename47, iyun 14, 2010
men fikirlewirem ki bele bir muellim sayti gormemiwem....cox gozel,open source-dan istifade edilen bir sistemde ela qurulumuw bir saytdir....
Layihəni təqdim edənin cavabı

Mənim əziz Anar balam!
Sənin rəyini burada görməyimə çox şad oldum.
Bizim beynəlxalq layihələrdə iştirakımız zamanı şagirdlərimdən ən fəalı sən olmusan! İndi isə artıq tələbəsən!!! Müəllim üçün bundan böyük uğur ola bilməz. Şagirdinin tələbə olmasına baxmayaraq özünün orta məktəb müəlliminə həmişəki kimi hörmətlə yanaşması çox gözəl nümunədir... Davranışınla sən bir örnəksən! Allah səni qorusun!
Rəyinə görə də çox sağ ol!
Hörmətlə, Almaz Həsrət

baxılıbalor, iyun 14, 2010
AlmazHasret.com saytını müəlimələrin bloqları nominasiyasına keçirtsəydilər daha məqsədə uyğun olardı. O isə, müəliməlik deyil.

Müsabiqənin təşkili və səsvermələrinə nəzər salsaq 5 illik internet təcrübəmə əsaslanaraq deyə bilərəm ki,
Mən bu müsabiqədə iştirak etdiyim üçün şəxsən utandım.
Sağlam rəqabət anlayışı Azərbaycanda formalaşmayıb.
Layihəni təqdim edənin cavabı

Hörmətli Oruc bəy rəy və təklifinizə görə təşəkkür edirəm.
Burada bir fikrinizlə tam razıyam ki, bizdə hələ də tam sağlam rəqabətin nə olduğunu anlayan və onu dərk edən çox azdır. Sağlam rəqabətin tam formalaşması üçün də sağlam düşüncə və sağlam, dərin savad lazımdır. Sağlam rəqbəti apara bilməyənlər məhz savadsız və əlindən heç bir iş gələ bilməyən adamlardır. Ancaq mən çox şadam ki, bu tip adamlar çox azdırlar. Və belələri çoxluq təşkil edən sağlam düşüncəli insanların elmiliyi qarşısında görünməz olurlar...
Bir daha fikrinizi bildirdiyinizə görə Sizə təşəkkür edirəm.

Hörmətlə, Almaz Həsrət

baxılıbceyran210, iyun 13, 2010
ƏZİZ İSTİFADƏÇİLƏR!!!

ÖZÜNÜZ MÜQAYİSƏ EDİN VƏ SAYT SAHİBLƏRİNİN "TƏRİFLƏRİ"Nİ DƏYƏRLƏNDİRİN.

SİZCƏ, HANSI SAYT DÜNYA SƏVİYYƏLİ, OXUNAQLI, MARAQLI, ZÖVQÜ-YATIMLI VƏ DƏYƏRLİDİR?!

1) WWW.TQDK.GOV.AZ

2) WWW.CHEMISTRY.AZ

3) WWW.ALMAZHASRET.COM

4) WWW.KURRIKULUM.AZ

MƏNİM FİKRİM, ƏLBƏTTƏ Kİ, TQDK-NIN SAYTIDIR. KAŞ BÜTÜN SAYTLAR ONUN KİMİ OLA İDİ. DİGƏR SAYTLARDAN İSƏ DANIŞMAĞA DƏYMƏZ. ELƏ BİL İNSANIN ÜRƏYİNİ ÇƏKMƏK ÜÇÜN YARADILIBLAR. O SAYTLARDAN YALNIZ SAĞLAM ŞƏXSLƏR İSTİFADƏ ETSİNLƏR. ÇÜNKÜ ÜRƏK XƏSTƏLƏRİ OLAN ŞƏXSLƏRİN ORADA MÜTLƏQ VƏZİYYƏTLƏRİ GƏRGİNLƏŞƏCƏK.

ÜMUMİYYƏTLƏ, müsabiqe.az-da NOMİNANT OLAN SAYTLARIN HEÇ BİRİ BELƏ DESƏK, ADAMIN ÜRƏYİNDƏN TİKAN ÇIXARMIRLAR.

NETTY-NİN KEÇİRDİYİ MÜSABİQƏDƏKİ QALİBLƏR İSƏ, DOĞRUDAN DA, ƏLADIRLAR. YƏQİN Kİ, GƏLƏCƏKDƏ BU MÜSABİQƏ DƏ DİQQƏTLİ SEÇİM APARACAQ.

HÖRMƏTLƏ, MƏMMƏD-ZADƏ CEYRAN
Layihəni təqdim edənin cavabı

Hörmətli ceyran210. Sizin bu qədər emosional rəyinizə mən təmkinli cavab verərək bildirirəm ki, müqayisəniz yersizdir. Çünki adını çəkdiyiniz hər dörd sayt ayrı-ayrı istiqamətlərə aiddir. Kurikulum.az adından bəlli olduğu kimi sırf Kurikulum saytıdır və onu ziyarət edəndə niyə ürəyiniz xarab olur bilmirəm. TQDK-nın saytı da təbii ki, adı üstündə və onunla bağlı mənim heç bir iradım yoxdur. Chemistry.az da həmçinin özünə görə bir saytdır. Ancaq mənim saytım, adından da göründüyü kimi, mənimdir, yəni şəxsidir. Onu düz deyirsiniz ki, bir sıra adamların (sayları az olsa da) ürəyi mənim saytımı ziyarət etməyə dözmür. Çünki öz şəxsi saytımda nümayiş etdirdiklərimi həzm etmək onlar üçün elə də asan deyil. Bu baxımdan mən sizinlə razıyam və təşəkkür edirəm ki, ürəyi zəif olanlara belə qayğıyla yanaşırsınız. Bir də nəzərə alın ki, TQDK-nın saytını qurmaq və idarə etmək üçün dövlətimiz hər il nə qədər pul xərcləyir. Mən isə öz adi müəllim maaşım hesabına bu saytı ərsəyə gətirirəm. TQDK-nın saytı üçün xərclənən pul mənə verilsəydi nələr yaratmazdım, heç bilirsiniz? Netty haqqında isə heç nə demək istəmirəm. Çünki, necə deyərlər, yeri deyil.

Hörmətlə,
Almaz Həsrət

Salam. Əvvəla onu bildirim ki, mən sizin saytınızın nominantlar arasında olmamağına təssüfləndim. Çox rəngarəng saytdır. Sizinlə həqiqətən də mübarizə aparmaq çox xoş idi mənə. Yəni rəqib nə qədər güclü olsa adama bir o qədər qalib gəlmək üçün stimul verir. Siz təssüflənməyin inşallah gələn müabiqədə yenidən iştirak edərsiz... Sizə uğurlar arzulayıram...
Hörmətlə, biologiya müəllimi Ramil Mehdiyev. www.biology.azersayt.com
Layihəni təqdim edənin cavabı

Hörmətli Ramil bəy. Saytıma verdiyiniz dəyərə görə sizə minnətdaram. Əslində mənim saytım bir blogdur və şəxsi resursdur. Ancaq təşkilatçı-mütəxəssislər nəyə görəsə qərara gəliblər ki, bu, müəllim blogu deyil, təhsildə internet resursudur. Onlarla bu haqda danışanda dedilər ki, sənin saytın çoxdan blog mərhələsini aşıb və lori dildə desək, bir çox resurslara hətta meydan oxuya bilər. Ona görə də mənim saytım başqa nominasiyada mübarizəni uğurla davam etdirir. Yəni sizinlə rəqib olmasaq da mübarizə də bitməyib. Mən də sizə uğurlar arzu edirəm.

Hörmətlə,
Almaz Həsrət

baxılıbekspert, iyun 13, 2010
1a. materialın texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviri.

b. Materialdan müstəqil istifadə etmək imkanları. SIZIn saytda bərbad vəziyyətdədir. Məsələn, "Təbiətdə suyun dövranı"-na baxmaq üçün bir neçə keçid lazımdır və sonda facebook -dan login istəyir.

2. İnternet layihənin icrasına birbaşa cəlb edilmiş qrupun genişlik əmsalı (həm peşəkar təhsil işçiləri, həm də başqa sahələrin nümayəndələri. O cümlədən şagirdlərin özləri də) Bunların heç biri demək olar ki, yoxdur.

3. layihənin icrası ilə məşğul olanların coğrafi yerləşimindəki rəngarənglik; 0 səviyyəsində

4. İnternet layihəsinin nəticələrindən yararlanan hədəf qruplarının genişliyi.


5. informasiyaların dərc edilməsinin çevikliyi və davamlılığı -Ən yaxşı halda gündə 1 xəbərlə hara gedib çıxacaqsınız?

6. Azər Həsrətin saytına və yalquzaq.com saytına geniş reklam nəyə lazımdır və ya kimə lazımdır? Bəlkə hansısa təhsillə maraqlanan insanlara lazımdır?
Layihəni təqdim edənin cavabı

Hörmətli ekspert. Mən belə başa düşdüm ki, ya sizin internet saytlarından istifadə etmək bacarığınız zəifdir, ya da sadəcə problem axtarırsınız. Əgər saytım xoşunuza gəlmirsə onu ziyarət etməmək və ondan yararlanmamaq hüququnuzdan istifadə edə bilərsiniz.

Burada sıraladığınız suallara gəlincə, onlar mənə ümumiyyətlə aydın deyil. Yəni sizin nə demək istədiyinizi anlamaq sadəcə mümkün deyil. Misal üçün, "layihənin icrasına birbaşa cəlb edilmiş qrupun genişlik əmsalı" deyəndə nəyi nəzərdə tutursunuz axı? Siz məgər görmürsünüz ki, bu, mənim ŞƏXSİ internet resursumdur?

Gündə bir xəbər dərc etmək bəlkə də sizin üçün az görünə bilər, ancaq şəxsi resurslar üçün bu, hətta çoxdur belə. Düşünürəm ki, dediklərimi anlaya bilmək üçün İKT biliklərinizi bir az daha artırmanıza gərək var.

Azər Həsrətin saytına və Yalquzaq.com-a keçidlərə gəlincə, biz qarşılıqlı şəkildə keçid mübadiləsi edirik və bundan sizin niyə rahatsız olduğunuzu anlamıram. Əgər o keçidlər sizə lazım deyilsə, ziyarət etməyin, olsun bitsin. Onlar şəxsən mənə lazımdır və bir daha qeyd edirəm ki, bu sayt mənim ŞƏXSİ resursumdur.

Hörmətlə,
Almaz Həsrət

baxılıbekspert, iyun 13, 2010
Təqdim edilən sayt təhsil məqsədləri üçün hansı praktiki əhəmiyyət daşıyır?

Sayt yalnız özünüzün reklamınız deyilmi?

Deyə bilərsinizmi ki, Sizin saytda hansı yenilik var?

Sizdən başqa sayta kimsə başqaları da xəbər yazırmı? İstifadəçilərlə aks əlaqəniz varmı?

Mövzular www.edu.gov.az, www.tqdk.gov.az və s. saytlardan köçürülmürmü?
Layihəni təqdim edənin cavabı

Salam Hörmətli ekspert. Suallarınıza görə Sizə təşəkkür edirəm. Axır ki, əsl yanaşmanı və əsl şərhi gördüm. Təşəkkür edirəm. Suallarınız:
1. Belə sayt lazımdırmı? - Yaxşı sualdır,mənim zənnimcə lazımdır. Bu, mənim şəxsi resursumdur və təbii ki, hətta heç kimə lazım olmasa belə ən azından özümə lazımdır.
2. Təqdim edilən sayt təhsil məqsədləri üçün hansı praktiki əhəmiyyət daşıyır? - Təhsil məqsədi kimi müəllim, şagird və valideynlərin birgə ünsiyyət məkanı üçün şəbəkə nümunəsidir. Bu saytda demək olar ki, təhsildə necə və nə cür qazandığımız uğurların hamısının praktiki fəaliyyətləri göstərilib. Misal üçün 2008-ci ildə Rusiyada keçirilmiş müsabiqələrin xəritəsinə baxa blərsiniz: http://letopisi.ru/index.php/300_%D0%98%D0%BD%D1%82%D0%B5%D0%9B%D0%BB%D0%B5%D0%BA%D1%82%D1%83%D0%B0%D0%BB%D1%8C%D0%BD%D1%8B%D1%85_%D1%88%D0%BA%D0%BE%D0%BB/%D0%9A%D0%B0%D1%80%D1%82%D0%B0_%D0%BF%D1%80%D0%BE%D0%B5%D0%BA%D1%82%D0%B0
Bu işlər təkcə yox, komandamla birgə etdiyim işlərdir. A.Həsrət mediada olan bölmədə bu barədə məlumat almaq olar. Bu da mənim şagirdlərlə yaratdığım VİbioKİ komandasının işləri: http://letopisi.ru/index.php/%D0%92%D0%B8%D0%B7%D0%B8%D1%82%D0%BD%D0%B0%D1%8F_%D0%BA%D0%B0%D1%80%D1%82%D0%BE%D1%87%D0%BA%D0%B0_%D1%88%D0%BA%D0%BE%D0%BB%D1%8C%D0%BD%D0%BE%D0%B9_%D0%BA%D0%BE%D0%BC%D0%B0%D0%BD%D0%B4%D1%8B_VIbioKI_%28300_%D1%88%D0%BA%D0%BE%D0%BB%29_%D1%88%D0%BA%D0%BE%D0%BB%D1%8B_%E2%84%96204_%D0%B3._%D0%91%D0%B0%D0%BA%D1%83,_%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD.
Vikipediyada şagirdlərlə birgə hazırladığımız məqalələr toplusu, ensiklopedik yazılar, dərsdə təqdimat hazırlayarkən vaxta qənaət olsun deyə animasiya və şəkillər bölməsi, ən yeni internet proqramları ilə tədrisdə istifadəsi üçün nümunələr, məs: "Rəqəmli təhsil resurlarına" diqətlə baxmanızı tövsiyyə edərdim.
3. Sayt yalnız özünüzün reklamınız deyilmi? - Xeyr, bu bir biologiya müəlliminin timsalında İKT-dən istifadə etməklə təhsildə edə biləcəyi yeniliyi və nailiyyətlərinin yollarını göstərir.
4. Sizin saytda hansı yenilik var? - Mənim saytımın özü bir yenilikdir. Siz yəqin ki, onun kimi başqa bir saytı hələ də görməmisiniz.
5. Sizdən başqa sayta kimsə başqaları da xəbər yazırmı? - Bu sayta nəinki həmvətənlərim hətta xaricdə yaşayanlar da şərh yazırlar, ancaq xəbərləri mən özüm yazıram. Sırf təhsillə bağlı xəbərləri başqa yerlərdən götürür və ya özüm yazıram.
6. İstifadəçilərlə aks əlaqəniz varmı? - Bəli, bunu son şərhlərdə də görə bilərsiniz. Üstəlik bu ünvana baxmanız rica olunur: http://www.almazhasret.com/?page_id=22
7. Mövzular www.edu.gov.az, www.tqdk.gov.az və s. saytlardan köçürülmürmü? - Mövzular deyil, xəbərləri təbii ki, qaynağı göstərilməklə digər mənbələrdən götürürəm, ancaq şəxsən mənim yazdıqarım da var. Məs., may ayında Bərdə və Füzuli rayonlarında apardığım treninqlərlə bağlı yazım, sağlamlıq xəbərlərim və s.

Düzü bu suallara cavab versəm də mən də bir sual yarandı: Siz saytı ümumiyyətə ziyarət etmisinizmi? Çünki verdiyiniz sualların əksəriyyətinin cavabı göz önündədir.

Bir daha Sizə öz təşəkkürümü bildirirəm.
Hörmətlə, Almaz Həsrət

baxılıbBayramzade, iyun 12, 2010
Azerm muellim men yazdigim reyde esla kimise nezerde tutub yazmamisam. Bu yazdiqlarim hamiya shamildir Almaz xanima rey yazanlarada, Almaz xanimada, sizede. Mence bu konfliktleri sakitce yola vermek olardi.
Ne ise olan oldu artiq.

Cox heyif menim dostumun layihesi ikinci tura kecmeyib.

Hamiya ugurlar...
Hormetle Orxan Bayramzade
baxılıbhasret, iyun 12, 2010
Məncə də Bayramzade adlı rəyçi öz fikrində haqlıdır. Burada bəzən elə mübahisələr gedir ki, adam həqiqətən də düşünməli olur ki, yəni doğrudanmı pedaqoji ictimaiyyətin nümayəndələri özlərinə belə şeyləri rəva görə bilərlər? Xüsusən də bir hal mənə lap uşaq hərəkəti kimi görünür. Mən kiməsə tənqidi fikir bildirən kimi həmin adamın adamları gəlib Almaz Həsrəti haqlı-haqsız topa tuturlar. Hətta biri mənim rəyimə cavab olaraq Almaz Həsrətin saytıyla öz saytının oxunma saylarını müqayisə etmişdi və mən də buna xeyli gülmüşdüm. Yəni bəzən alicənablıqdan əsər-əlamət belə olmur. Biri də mənə Almaz Həsrət deyə müraciət edirdi və ona nəzakətli şəkildə irad tutanda ki, mən Azər Həsrətəm, əsib coşdu və məni günahkar elan etdi ki, niyə adını tam olaraq yazmırsan? Deyəndə ki, nikimin üzərinə tıqlayaraq baxa bilərdiniz, daha nələr demədi mənə? Yəni belə adamlar özlərinə pedaqoq deyirlər. Görün indi biz nə gündəyik. Nə isə...

Hörmətlə,
Azər Həsrət
baxılıbBayramzade, iyun 12, 2010
Almaz xanim bu o demek deyilki sizin layiheniz pisdi ve s. Xeyir mence butun layiheler yaxsidir, hamisinin oz yeri var. Her bir insanin menfi musbet xarakteri oldugu kimi layihelerinde icnde bir balaca menfiler ola biler. Sizde size deyilen serhlere azcada olsa saglam yanasin, yeni bu layihede yer tutmaq size ne verecek eziz muellimer?

Eeeeeeh men deyim vallah. Yasimda catmir cox shey yazmaga sizlere. Hamimizi mehriban olmaga devet edirem. Biz bir birimizi daxilden bele yeyib bitirsek elbetdeki bizim bedxah dushmenlerimiz sevinecek ve arzularina catacq.

Haminiza heyatda ve ders kecdiyiniz ders oatginda ugurlar arzulayiram.

Hormetle Orxan Bayramzade.
Layihəni təqdim edənin cavabı

Hörmətli Bayramzade. Əgər fikir versəniz görəcəksiniz mənim üçün yazılan mənfi və müsbət rəylərin hamısına (əxlaq çərçivəsini aşmayanlardan söhbət gedir) kifayət qədər nəzakətli cavab vermişəm. Hətta tənqid edənlərə belə təşəkkür etmişəm. Sizinlə bir məsələdə razıyam ki, biz burada bir-birimizi doğrudan da yeyib-bitiririk. Çünki nəyə görəsə əksər adamlar mənim işlərimə sərt şərhlər yazırlar. Və yazmalarının da səbəbi o qədər cılızdır ki, onu burada dilimə belə gətirmək istəmirəm. Yəni bəzən yaşlı-başlı müəllimlər belə balaca uşaq kimi davrandığı halda başqalarından nə gözləyək? Mən də sizə işlərinizdə uğurlar arzu edirəm.

Hörmətlə,
Almaz Həsrət

Salam. Men bu musabiqede 2-3 gun olar qeydiyyatdan kecmisem, bir tanisimin layihesine baxmaq isteyirdim. Layiheler siyahisina baxanda en cox serh sayi bura oldugu ucun girdim basladim reyleri oxumaga ve demek olarki cox utandim. Ve hec kime ne musbet nede menfi rey yazmagi qerara aldim, cunki bzim Azerbaycan muellimleri saglam reqabet aparmagi bacarmir. Heqiqeten men cox meyusam.
Mence muellim hansisa poverpointde ve ya wordda hazirladigi layihe ile fexr etmeli deyil.
Muellim ders kecdiyi shagirdin sheref lovhesindeki sekili, olimpiadada tutdugu yerle, yukseksek balla universitete girmeyi ve s ile fexr eder. Men muellim deyende ders otaginda kecdiyi derse ustunluk verirem, onun ders vaxti istifade etdiyi layiheleri deyil. Muellim men ona deyeremki 1 cumle ile ozu dersi basa salsin, proyektor vasitesile loveye nese verib sagirdlere oxutmaqla deyil.
Layihəni təqdim edənin cavabı

Hörmətli Bayramzade. İşlərimizə maraq göstərdiyiniz üçün təşəkkür edirəm. Sizinlə razıyam ki, burada bəzən pedaqoqlara yaraşmayan müzakirələr gedir. Bəzən özünü bilməz birisi çıxıb özündən qat-qat təcrübəli adamlara dərs keçmək istəyir. Əlbəttə ki, biz də hər şeyə dözümlü yanaşmağa çalışırıq. Ancaq nəzərə almaq lazımdır ki, biz də insanıq və birilərinin tərbiyəsiz ifadələrinə o səviyyədə cavab verməsək də sərt bir şəkildə cavab verməyə məcbur oluruq. Çünki bəzi adamların anladığı elə həmin sərtlik olur, nə edəsən ki? Mənim kim olduğumu, necə dərs keçdiyimi, hazırladığım (özü də təmənnasız!) neçə şagirdimin ali məktəblərə qəbul olunduğunu, hansı müsabiqələrdə qalib gəldiyini bilmədən axı bu adamlar necə mənə qiymət verə bilərlər? Gərək bir insanı yaxşı tanıyasan ki, ona dəqiq qiymət verə biləsən də. Burda hətta elələri də tapıldı ki, mənim işlərimi az qalsın lupa ilə yoxlayıb özümün hazırladığıma şübhə etdilər. Hətta ora-bura donos yazıb məqsədlərinə çatmaq istədilər. Nəticə istədikləri kimi olmadıqda isə üzr istəmək nəzakətini belə göstərə bilmədilər. Nə isə. Sizə yenə də təşəkkür edirəm ki, dəyərli vaxtınızdan ayırıb işlərimizlə tanış olmusunuz.

Hörmətlə,
Almaz Həsrət

Səhifə 1 > 4-dən