Sayın cümlədə rolu

Internet Səhifə
SAY.exe (2886 baxış)
Dünyada cərəyan edən proseslər, mədəni və texnoloji yeniliklər hər bir sahə kimi təhsilə də təsir göstərir. Elm , texnikanın güclü inkişaf etdiyi, həddindən artıq çox informasiyanın olduğu dövrdə hər bir müəllimdən şagirdin diqqətini məhz tədrisə, təhsilə yönəltmək bacarığı tələb olunur. Bunun üçün də cəmiyyətin aparıcı quvvələrindən olan müəllimlərdən hər bir dərsin tədrisi zamanı İKT –dən səmərəli istifadə bacarığı tələb olunur. Mən də bir çoxları kimi dərslərimdə hazırladığım müxtəlif elektron tədris vəsaitlərindən istifadə edirəm. Diqqətinizə təqdim etdiyim“ Sayın cümlədə rolu “ elektron dərs vəsaitini isə Ümummili lider Heydər Əliyevin çıxışı və onun Azərbaycan dilinə , ziyalılarına verdiyi qiymətlə başlamağım heç də təsadüfi deyil. Vətənimizin müharibə şəraitində yaşadığı bir dövrdə tədris etdiyi fəndən asılı olmayaraq hər bir müəllimin, damarında azərbaycanlı qanı axan hər bir vətəndaşın borcu yetişən gənc nəsildə azərbaycançılıq ideyalarını, Vətənə məhəbbət hisslərini qüvvətləndirmək bacarığının olmasıdır. Bundan əlavə, günün tələbindən asılı olaraq hər bir dərsin tədrisi zamanı müəllim digər fənlərlə əlaqəni məharətlə qurmağı, şagirdlərin lüğət tərkibini zənginləşdirməyi da unutmamalıdır. Elə bunu nəzərə alaraq mən “ Sayın cümlədə rolu “ vəsaitində həm Azərbaycan tarixini , həm dünya sivilizasiyasının beşiklərindən olan Qədim Roma tarixini , riyaziyyatı, məntiqi yaddan çıxarmamağa çalışmışam. Motivasiyanın qurulmasında isə Azərbaycan ədəbiyyatı klassiklərinin həyat və yaradıcılıqlarından cümlələri verməyim heç də təsadüfi deyil. Bu, şagirdlərdə həm Azərbaycan ədəbiyyatına maraq və məhəbbətin aşılanması, həm də bu sənətkarların 2012- ci ildə yubiley illərinin olmasıdır.
Rəylər (14)
baxılıbrənarail, iyun 20, 2012
Arzu muellime sizi nominant olmaginiz ve finala kecmeyiniz munasibetile tebrik edirem...İnsallah birinciliye sizi layiq bilerler.cunki siz buna layiqsiniz...umumiyyetle size butun islerinizde birinci,onde olmaginizi arzu edirem ve men sizi cooox isteyirem...
Layihəni təqdim edənin cavabı

Salam, Rəna xanım ! Hər birinizin diqqəti mənim üçün çox dəyərlidir. Bu diqqətə görə təşəkkür ediəm.
Hörmətlə Arzu müəllimə

baxılıbsevil-, iyun 13, 2012
Arzu müəllimə, “ Sayın cümlədə rolu “ vəsaitində həm Azərbaycan tarixini , həm dünya sivilizasiyasının beşiklərindən olan Qədim Roma tarixini , riyaziyyatı, məntiqi yaddan çıxarmamağa çalışmısınız. Motivasiyanın qurulmasında isə Azərbaycan ədəbiyyatı klassiklərinin həyat və yaradıcılıqlarından istifadə etmisiz. Bu, şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və məhəbbəti artırır.
Sizə uğurlar!!!!!
Layihəni təqdim edənin cavabı

Salam, Sevil xanım ! Mənə qarşı bu qədər diqqətli olduğunuza görə sizə minnətdaram. Bir daha təşəkkür edirəm.
Hörmətlə Arzu müəllimə

baxılıbtarlan14, iyun 6, 2012
Müəllimə, təbrik edirəm nominant oldunuz! Uğurlar!
Layihəni təqdim edənin cavabı

Salam, Tərlan ! Diqqətinə görə təşəkkür edirəm .

baxılıbsevil-7@mail.ru, iyun 1, 2012
Tebrik edirem muellime inwallah sesiviz soragiviz daha yukseklerden gelsin.Amin!!!!
Layihəni təqdim edənin cavabı

İşlərimə qarşı diqqətli olduğunuza görə minnətdaram. Sizə də uğurlar arzuları ilə
Arzu müəllimə.

baxılıbsevil-7@mail.ru, iyun 1, 2012
Butun iwleriviz kimi bu da hemcinin superdi.
baxılıbElfira, may 31, 2012
Təbrik edirəm sizi. Uğurlar sizə!
Layihəni təqdim edənin cavabı

Salam, Elfira xanım ! Vaxtınızı ayırıb işimə diqqət yetirdiyinizə görə sizə təşəkkür edirəm.
Hörmətlə Arzu müəllimə.

baxılıbemin3, may 31, 2012
NOMINANT SECILDIYINIZ UCUN UGURLAR
Layihəni təqdim edənin cavabı

Salam. Emin ! Diqqətinizə görə təşəkkür edirəm.

baxılıbleyla-sh, may 25, 2012
chox beyendim, uğurlar olsun sizə!
Layihəni təqdim edənin cavabı

Minnətdaram, sizə də uğurlar arzulayıram.

baxılıbmüəllim18, may 12, 2012
Arzu müəllimə sizin işinizi sonadək izlədim. Çox bəyəndim. Düşünürəm ki, yeni dərs modeli kimi şagirdlərə təqdim etmək olar. Çünki bu layihə ele hazırlanıb ki, şagird keçilən mövzunu asan qavraya biləcək. Sizə uğurlar!
İmza: Əliyeva Ramiyə
Layihəni təqdim edənin cavabı

Ramiyə xanım, salam ! Mənə qarşı diqqətli olduğunuza görə minnətdaram. Sizə də uğurlar arzuları ilə Arzu müəllimə

baxılıbNushabasv, aprel 30, 2012
Sizin işləriniz həmişə baxımlı olur.Bu işiniz də maaraqlıdır.Sizə müvəffəqiyyətlər.
Layihəni təqdim edənin cavabı

Salam, Nüşabə xanım. MƏnə və işlərimə qarşı diqqətli olduğunuza görə Sizə minnətdaram. Diqqətiniz çox xoşdur. Təşəkkür edirəm.
Hörmətlə Arzu müəlllimə

baxılıbrənarail, aprel 25, 2012
salam işiniz cox gözeldi...inaniram ki siz layiqli yerinizi tutacaqsiz...
Layihəni təqdim edənin cavabı

Rəna xanım, çox sağ olun. Sizə də işlərinizdə uğurlar diləyi ilə
Arzu müəllimə

Arzu müəllimə mən keçən ildən dərs lərinizi izləyirəm. Hər dərsiniz uğurludur.Mən ibtidai sinif müəllimiyəm. Bu lahiyədə ibtidai metodikada iştirak edirəm. dərsinizın uğur qazanacağına inaniram.Sizə uğurlar.
Layihəni təqdim edənin cavabı

Salam, Təhminə xanım.Müsabiqə vasitəsilə qiyabi də olsa, tanışlığımıza çox şadam. Ötən ildən mənim işlərimə diqqət yetirdiyinizə görə sizə minnətdaram. Hər birimizə uğur diləyirəm . Bir daha təşəkkür edirəm.

baxılıbxədicə2000, aprel 24, 2012
Mənim ən ən ən xoşuma gələn bir slayddır
Layihəni təqdim edənin cavabı

Salam, Xədicə xanım. İşimə görə diqqətli olduğunuz üçün minnətdaram.

baxılıbQacaq, aprel 23, 2012
isinize baxdim ve men cox beynedim inairamki sizin isiniz ugurla qalibler sirasinda olacaq
Layihəni təqdim edənin cavabı

Təşəkkür edirəm, sizə də uğurlar arzu edirəm. Mən də uğur qazanmağa ümid edirəm. Bİr daha diqqətinizə görə minnətdaram.
Hörmətlə Arzu müəllimə.