Mən rəngləri tanıyıram

Internet Səhifə
musabiqe2012.zip (1310 baxış)
Bu dərsdə Z. Xəlilin “ Mən rəngləri tanıyıram “ şeiri təqdim olunmuşdur. Dərslikdə bu mövzu olduqca bəsit formada verilmişdir. Şagirdlərin rənglər haqqında təsəvvürünü daha da zənginləşdirmək məqsədilə bu dərs nümunəsi müəllimlər üçün yaxşı bir vəsait sayıla bilər.
Mövzu Power Point proqramında hazırlanmışdır. Dərsin gedişində şagirdlər rənglər haqqında yeni informasiyalar alır, dünyamızı gözəlləşdirən rənglərin yaratdığı gözəlliklərlə tanış olur. Dərsin Motivasiya mərhələsində musiqinin müşayəti ilə rəngli və rəngsiz güllərin təsviri olan slaydlar təqdim olunur və təqdimatdan sonra şagirdlərdə nə kimi təəssüratların yarandığı soruşulur. Şagirdlərin fərziyyələri dinlənildikdən sonra tədqiqat sualı elan olunur. Tədqiqatın aparılması mərhələsində tədqiqat sualı ətrafında müzakirələr aparılır. Daha sonra şagirdlər qruplara bölünür və onlara tapşırıqlar təqdim olunur. Tədqiqat işi başa çatdıqdan sonra qruplar öz işlərini təqdim edir. Daha sonra məlumat mübadiləsi baş verir. Sonda bütün fikirlər, həm dərsin əvvəlində söylənilmiş , həm də dərsin sonunda söylənilmiş fikirlər müqayisə edilir və nəticə çıxarılır. Dərsin yekununda şagirdlərdə yaranmış yorğunluğu aradan qaldırmaq məqsədi ilə və rənglərin gözəlliyini sübut edən təbiət hadisəsinin təsviri verilmiş əyləncəli musiqili slayd təqdim olunur.
Buyurub izləyə bilərsiniz. Rəyinizi bildirməyinizi sizlərdən xahiş edirəm. Sizlərin rəyini eşitmək mənim üçün xoş olar. Ümid edirəm ki, müsabiqəyə yolladığım dərsi bəyənəcəksiniz. Müsabiqədə iştirak edən hər bir kəsə uğurlar arzulayıram.
Rəylər (8)
Kübra nominant seçildiyin üçün səni ürəkdən təbrik edirəm əziz bacım uğurlar sənə
Layihəni təqdim edənin cavabı

Gozel sozlere gore teshekkurler....

baxılıbElfira, may 31, 2012
Kübra müəllimə, uğurlar sənə!
Layihəni təqdim edənin cavabı

Chox sag olun....

baxılıbemin3, may 31, 2012
NOMINANT SECILDIYINIZ UCUN UGURLAR
Layihəni təqdim edənin cavabı

Teshekkurler...

baxılıbXanim99, may 30, 2012
Kubra muellime tebrikler!
Layihəni təqdim edənin cavabı

Chox sag olun...

baxılıbilahə_həsənli, may 21, 2012
Kubra müəllimə, işinizə baxdım. Maraqlıdır. Sizə uğurlar!
Layihəni təqdim edənin cavabı

Teshekkur edirem.

baxılıbayla, may 6, 2012
İşinizi bəyəndim. Sizə uğurlar arzulayıram
Layihəni təqdim edənin cavabı

Dersimi beyendiyinize gore size minnetdaram. Teshekkurler...

baxılıbAminashka, aprel 20, 2012
Kubra xanım dərsinizi çocx bəyəndim.İnşallah qalib gələrsiniz .Uğurlar sizə.Superdi.
Layihəni təqdim edənin cavabı

Gozel sozlere gore teshekkur edirem....

baxılıbXanim99, aprel 20, 2012
salam darsiniz xosuma galdi size ugurlar dileyirem
Layihəni təqdim edənin cavabı

Teshekkur edirem.