Riyaziyyat və İnformatika

Bloq və ya sayt yaratmağı kollecdə işlədiyim illər ərzində həmişə arzulamışam. Nəhayət, belə bir imkan əldə etdim. İndi mənim İnternetdə rəqəmsal "portfoliom" var! Müəllim bloqu həm mənim üçün, həm də bloqumun oxucuları üçün əlavə imkanlar yaradır.Bu bloq vasitəsi ilə mən Riyaziyyat və İnformatika fənlərinin tədrisinin metodikasına aid fikirlərimi yazmaq və bu məqalələrim haqqında digər müəllimlərin fikrini öyrənmək, dərslərə əlavə materiallar (didaktik materiallar, təqdimatlar, nəşrlər,internetə istinadlar və s.)yerləşdirmək, keçilən mövzuları tələbələrimlə müzakirə etmək, öz övladlarının təhsili ilə maraqlanan valideynlər üçün faydalı məsləhətlər vermək,məni maraqlandıran sorğular keçirmək və sair bu kimi ideyalarımı həyata keçirtmək istəyirəm.
Rəylər (14)
Bundan sonra saytınızda dili bilməyənlər ücün "dil gaydalarını öyrənməklə məşgul olun" səhifə yəginki acmış olarsınız və ondan özünüz və dikərləri yararlanarlar -Fatma xanım

Mənzərə xanım!
Saytınızın kələcək səhifəsinə sual: "Azərbaycan dilində goyduğunuz suala imla ənkəlli cavab verəndə nəyə körə verdiyiniz sualın cavabini acıglamayarag tamami ilə başga yorum etməyə bulundunuz? Sizin müraciət təbirinizcə:
Məni təəccübləndirən bir məsələni cavablandırmağınızı sizdən rica edirəm: "nəyə körə, və kimə körə "Elektron təhsil müsabigəsi və Viktoriyanın meyarları" məgaləsi ilə tanış oladan sonra belə sərt və yersiz mövgeyə kecdiniz".
Hörmətlə Fatma xanım
P.S. Saytda əkər məntigli, düşündürücü, coxşaxəli fikir əks etdirən məgalə və yorumlar yerləşdirilərsə ona hec yüksək səviyəli reklam da lazım olmaz (cünki onlar elə öz-özlərində marag kəsb edirlər) buna körədə buna hec zəhmət cəkib anlamağa yəgin ki ehtiyac olmaz.
Müsabigənin bütün nominatlarının işi vı ona yazılan rəylərlə tanış olandan sonra fikirləşdim ki nə yaxşı ki Almaz xanım, sizin saytınız var imiş. Ruslar demişkən "от скуки умрешь". Yerli yersiz də olsa iradlar var, örnəklər körünməkdədir.
Təgdimataların əksəriyyətinə baxanda birinci sinifə kələn uşaglar yadıma düşür.
-"bu şəkildən xoşun kəlir! -sualına- onların adətən cavabı -hə və yaxudda ki yox olur.
-niyə? - ona körə ki yaxşıdır və yaxudda pisdir. Cavabın belə gısaca olmağı ondan irəli kəlir ki, onlar öz səviyyələrindən yaxşı və pisin acmasını aca bilmirlər, hələ söz ehtiyatları azdır, düşüncə dairəsi keniş deyil
Əksər şərh yazanların təgdim olunan iş ya xoşuna kəlir, yada kəlmir. Birinci sinif şakirdləri kimi niyə? sualının acmasını acmayarag ötüb kecirlər
P.S.Yeni körüm: .reklama yox dili öyrənməyə sərf edin"
Bundan sonra saytınızda dili bilməyənlər ücün "dil gaydalarını öyrənməklə məşgul olun" səhifə yəginki acmış olarsınız və ondan özünüz və dikərləri yararlanarlar
Nəyə körəyə? baxın www.idrak-m.com "Elektron təhsil müsabigəsi və Viktoriyanını meyarlatı"
2.Başga dildə təhsil alanın dili axsayar. Hörmətlə Fatma xanım
Layihəni təqdim edənin cavabı

Müsabiqənin bütün işlərinə rəy vermənizin səbəbi aydın oldu. Siz öz saytınızı reklam edirsiniz. Ana dilinin qrammatikasını bilmək isə özünü savadlı adlandıran hər vətəndaşın müqəddəs borcudur. Rəylərə sərf etdiyiniz vaxtınızı savadınızın artırılmaslna yönəltsəniz, məncə ,daha faydalı olar.

baxılıbfatmaxanum, iyun 12, 2010
Sayta kirərək ona diggətlə baxdım. Kolec müəlliminin belə bir təşəbbüsü diggətə layigdir. Lakin:
1. Saytin cevikliyi, informasiyanın davamlıgı , interaktivliyi zəifdir.
2.Ali və orta təhsilin problemləri, bu təhsil ocaglarında muasir məzmun, metod, tələbələrin bu dəyişikliyə münasibətləri müzakirə obyektinə cevrilməmiıdi.
3.Yerləşdirilən informasiyanin fərdliyi və orijilanlıgı duyulmur bunu “trigonometriyadan gorx “ körmək olar.
4. Bütün ziyarətcilər ücün məzmunun rənkarənkliyi və əhəmiyyətliyi körünmür.
5. Blogun texnoloji yönümü, isifadə edilən multimedia obyektlərinin rəngarəngliyi orta səviyyədədir.
5.Blogu ali və orta məktəblərin müəllim və tələbələri ücün bir diskusiya meydanına cevrilməsi arzulanır.
Layihəni təqdim edənin cavabı

Sizin yazdıqlarınız iradları qəbul edirəm,nəzərə almağa çalışacağam.Məni təəccübləndirən bir məsələni cavablandırmağınızı sizdən rica edirəm. Müsabiqənin 1-ci turundan sizin bir neçə işiniz keçmişdi. Nədən onlardan heç olmazsa biri 2-ci tura keçmədi?
P.S. Azərbaycan dilinin qrammatikasından yaman (!!!)axsayırsınız. Bu da mənim sizə iradım.

baxılıbseyhunhuseynov, iyun 10, 2010
Salam Mənzər müəllimə. Sizin də saytınız yaxşıdır. Amma elmi məlumatlar azlıq təşkil edir. Bir də ki, saytınız çox zəif yenilənir. Bir həftə daxil olandan sonra bir yeni məlumat tapmaq olar ya da olmaz. Amma yenə də saq olun işləriniz üçün.
Layihəni təqdim edənin cavabı

Təşəkkür edirəm. Sizin dediklərinizlə tamamilə razıyam və əlbəttə ki,bu iradları nəzərə alacağam. Maraqlı ideya və planlarım var. Çox istərdim ki, müsabiqə bitdikdən sonra da bu bloqu ziyarət edəsiniz.

baxılıbhasret, iyun 9, 2010
Hörmətli Mənzər xanım. Sizin cavabınızdan sonra saytınızı yenidən ziyarət etdim və cavabınızdakı bir məqama diqqət etdim: yazırsınız ki, cəmi 2 ay ərzində bu resursu ərsəyə gətirmisiniz. Əlbəttə ki, bunu nəzərə alsaq sizin mümkün olandan daha artığını bacardığınızı belə demək olar. Həqiqətən, bu sahəylə məşğul olmayan birisinin 2 ay ərzində belə bir resurs hazırlaması başqaları üçün ciddi örnək ola bilər. O üzdən mən sizi təbrik edir və halal olsun deyirəm. Düşünürəm ki, münsiflər məhz bu məqamı nəzərə alaraq sizi layiqincə dəyərləndirəcəklər. Ola bilsin ki, mən öz tənqidlərimdə daha tələbkar yanaşıram, ancaq nəzərə almaq lazımdır ki, bu, xoş məramlıdır və ən layiqlilərin gerçəkdən layiq olduğu yeri tuta bilməsi üçündür. Bir də xüsusi olaraq vurğulamaq istərdim ki, tənqidə nəzakətli cavab verməklə siz çoxlarına nümunə olursunuz. Təəssüf ki, hamı bu qədər dözümlü yanaşa bilmir. Ən adi tənqidləri belə özünə pedaqoq deyənlərin sərt təpkiylə qarşılaması məni üzür.

Hörmətlə,
Azər Həsrət
Layihəni təqdim edənin cavabı

Hörmətli Azər bəy, xoş sözlərinizə görə sizə minnətdaram. Sizə bütün işlərinizdə böyük uğurlar arzulayıram.

baxılıbhasret, iyun 7, 2010
Hörmətli Mənzər xanım. Yanlış olaraq mənim şərhimə cavabınızı Almaz xanıma ünvanlamısınız. Mən Azər Həsrətəm. Sadəcə səbr məsələsinə gəlincə onu deməliyəm ki, mən bir İKT peşakarıyam və diqqət etsəniz bir çox işlərə şərh yazmışam və yerdə qalanlara da yazmağı düşünürəm. Saytınızı ziyarət etməyə səbrim çatmadı deyəndə onun bir qədər nizamsız və bir də qeyri-cəlbedici olduğunu qəsd etmişdim. Əlbəttə ki, sizin bu resursu qurmanız şəxsən mənim üçün təqdirəlayiq haldır və zəif və ya güclü olmasından asılı olmayaraq bütün təhsil işçilərimizin bu cür təşəbbüslərinin olmasını arzu edirəm. Ümid edirəm ki, sizi üzəcək bir durum yaratmadım.
Layihəni təqdim edənin cavabı

Salam,hörmətli Azər Həsrət bəy.Sizin fikirlərinizə hörmətlə yanaşaraq onu demək istəyirəm ki, bloqumun ilk sətrində onu (yəni, bloqu)sadə bir müəllim bloqu adlandırmışam. İKT peşəkarı deyiləm, sadəcə Riyaziyyat və İnformatika müəllimiyəm. Müsabiqə elan olunduğu gün belə bir resurs yaratmaq fikrinə düşdüm. 2 ay ərzində , məncə,İKT peşəkarı olmayan bir müəllim güclü bir sayr yarada bilməz. İnşallah, "nizamsız və bir də qeyri-cəlbedici" bloqu daha rəngarəng etməyə çalışacağam. Buna , məncə vaxt lazımdır. Müsabiqədə mənim işlərimdən güclü işlərin olduğunu da görürəm. Qoy ən layiqlisi qələbə çalsın. P.S. Hörmətli Azər bəy, işlərə şərh yazanda adınızı yazmağınızı məsləhət görürəm. Çünki,belə etməsəniz, hələ çox yanlışlar ola bilər. Almaz xanıma mənim hörmətlərimi çatdırmağınızı xahiş edirəm.Çox səmimi insan olduğunu hiss edirəm.

baxılıbAlmaz Hasret, iyun 7, 2010
Salam, hörmətli Mənzər xanım.
Burada yanlışlıq var deyəsən.
Hörmətli Mənzər xanım mən Sizə heç bir şərh yazmamışam.
Zəhmət olmasa Sizlərə şərh yazanların adlarının üstünə gəlin və orada kimin rəy yazdığını bilərsiniz.
Bir daha xatırladım ki, mən Sizə rəy yazmamışam...
Siz düz buyurursunuz ki, hələ ki, tam vaxt edə bilməmişəm.
Ancaq zəhmət çəkmisiniz, iş görmüsünüz, məhz bütün bunları da bizim təşkilat komitəsinin üzvləri və münsiflər gərək düzgün dəyərləndirələr. Mənə elə gəlir ki, burada Sizin və mənim kimi müəllimlər çox az sayda olar ki, şəxsən özləri bloq və ya sayt düzəltsinlər....
Sizə bu müsabiqədə uğurlar arzulayıram!!!
Qoy heç kimin əziyyəti nahaq yerdə qalmasın!
Ədalət öz yerini tutsun!!!
Mən ədalətə ümid edirəm!!!
Hörmətlə, Almaz Həsrət
Layihəni təqdim edənin cavabı

Hörmətli Almaz xanım,çox sagolun, mən də sizə uğurlar diləyirəm.

baxılıbhasret, iyun 6, 2010
Salam. Bu resursu ziyarət etməyə cəhd göstərsəm də səbrim çatmadı. O üzdən haqqında bir şey yazmağa da çətinlik çəkirəm. Anlayışınıza ümid edirəm.
Layihəni təqdim edənin cavabı

Diqqətinizə görə minnətdaram. Hörmətli Almaz xanım, "Sizin üçün bir təhsil saytı" adlanan saytınızı ziyarət edən hər bir kəs sizin nə qədər çalışqan,bacarıqlı və çox səbirli olduğunuz haqqında fikir yürütməlidir.Amma mənim bloquma sizin səbrsiz ( əslində, yəqin ki, vaxtınız) çatmadı.Çox təəssüf. Daha dolğun şərhinizə ehtiyacım var idi.Təşəkkür edirəm.

baxılıbulduzka, iyun 5, 2010
Mənzər xanım,bloqunuzu çox bəyəndim. Çox rəngarəng, zəngin və maraqlı bir bloqdur. İzlədikcə çox maraqlı məlumatlar əldə etdim, tələbələr üçündə çox faydalı bir bloqdur. Sizə işinizdə müvəffəqiyyətlər arzulayıram.
Layihəni təqdim edənin cavabı

Təşəkkür edirəm.

baxılıbSevincZ, iyun 5, 2010
Sizin işinizlə tanış olduqdan sonra, özüm üçün çox maraqlı və məlumatlarla dolu informasiyalara rast gəldim. Mən mütləq bu məlumatlardan oz fəaliyyətimdə istifadə edəcəm. Çoxsagolun. Təhsil işinizdə sizə uğurlar.
baxılıbNəzrin, may 17, 2010
sizin bloqunuz geniş və maraqlıdır. indiki müasir dövr üçün şagirdlərin, tələbələrin dərsə həvəs oyatmaq üçün yüksək səviyyəli dərs metodikasından istifadə edilmişdir. Uqurlar yeni yeni nailiyyətlər arzu edirəm...
baxılıbNəzrin, may 17, 2010
Yaratdığınız bloq əsil müəllim bloqudur. Çox faydalı və maraqlı işlərlə zəngindir.
Layihəni təqdim edənin cavabı

Hörmətli Nəzrin xanım, fikirlərinizə görə sizə minnətdaram.

baxılıbSevincZ, may 6, 2010
Mən sizin bloqu çox maraqla izlədim və çox bəyəndim. Şagirdlərə və tələbələrə lazımlı informasiyalarla dolu bir blogdur. Çox sağolun
Layihəni təqdim edənin cavabı

Təşəkkür edirəm, Sevinc xanım.