Xaricidil.net

Xaricidil.net saytı 2009-cu ilin iyun ayından öz fəaliyyətinə başlamışdır. Saytın fəaliyyətinin əsas istiqaməti İngilis dilinin Onlayn tədrisidir. Bunun üçün saytda 12000-dən çox istifadəçinin ixtiyarında olan 3 əsas səviyyə və 1 başlanğıc səviyyəsi üzrə bölünmüş qrammatik dərslər, söz lüğəti ilə bağlı dərslər, bütün dərslərin mənimsənilmə səviyyəsini yoxlamaq üçün testlər, sözbəsöz tərcüməsi olan oxu mətnləri, audio hekayələr, subtitrli filmlər, kliplər və istifadəçilərin ünsiyyət qabiliyyətini artırmaq üçün Conversation Club (Ünsiyyət klubu) fəaliyyət göstərir. Bundan başqa saytda bir sıra əlavə xassələr də mövcuddur. 12 min nəfərdən çox auditoriyaya malik olan saytda istifadəçilərin 25%-i şagirdlər, 41%-i bakalavrlar, 9%-i magistrlər, 1%-i aspirantlar və 24%-i təhsilini başa vurmuş şəxslərdir. Hər gün saytdan orta hesabla 1000 şəxs istifadə edir.
Rəylər (11)
baxılıbhasret, iyun 12, 2010
Hörmətli resurs sahibi. Mən aşağıdakı rəyimdə qeydiyyatla bağlı bir məqama toxunmuşdum və cavab olaraq yazırsınız ki, 10-15 saniyəmdən keçərək saytın qapalı hissəsini də görə bilərdim. Məsələ mənim 10-15 saniyəmdə deyil, qaydalardadır: "Müsabiqəyə təqdim edilən resurs və bloqlara giriş sərbəst və pulsuz olmalıdır. Yəni, onlara baxış üçün qeydiyyat tələb edilməməlidir". Bu, qaydaların 4-cü bəndindən bir iqtibasdır. Yəni mən ona görə qeydiyyat məsələsilə razı olmadığımı ifadə etmişdim. Hər halda bir saytın qapalı hissəsini görmək üçün tələb olunan qeydiyyatı anlamayacaq bir durumumuz yox ki, bizim.

Hörmətlə,
Azər Həsrət
www.azerhasret.com
Layihəni təqdim edənin cavabı

Azər bəy, sayta giriş sərbəst və pulsuzdur, hansısa qayda pozuntusundan söhbət belə gedə bilməz. Dərslər, audio video kliplər və.s. Hər birinə baxış və istifadə sərbəstdir. Saytın bəzi(Oxu: sayta yox) bölmələrindən istifadə qeydiyyat tələb edir, bu isə zəruridir, sırf saytın mahiyyətindən irəli gələn tələbdir.(reytinq cədvəli, müsabiqə kimi bölmələr qeydiyyatsız fəaliyyət göstərə bilməz, bu mümkün deyil.)
Ümumiyyətlə məncə siz "qeydiyyat tələb etdiyi üçün tam araşdırma imkanım olmadı." demişdiniz, qaydalardan danışmamışdınız. Yazdığınızdan aydın şəkildə anlaşılır ki, QEYDİYYAT sizə İMKAN verməyib ki, saytı tam araşdırasınız. Mən də məhz buna uyğun olaraq yazdım ki, 10-15 saniyə sərf edin, QEYDİYYAT sizə İMKAN verəcək.

baxılıbAyaz, iyun 11, 2010
Mənə elə gəlir ki, bu sayt bir çox insana kömək edəcək.Necə ki mən hal-hazırda istifadə edirəm.Təşəkkürlər!
baxılıblala-yk, iyun 11, 2010
Men sizin sayta baxdim.Cox maraqli ve gozel sayt yaratmisiniz.Şadam ki siz emeli islere kecib istifadecilerin ingilis dilini oyrenmelerine yardimci olursunuz.İnsalah gelecekde Alman Fransız ve Ereb dillerinden de materiallar daxil etseniz super olar.Size cekdiyiniz zehmete gore derin tesekkurumu bildirirem.

Hormetle:
Lamiye xanim
baxılıbLara, iyun 7, 2010
Saytiniz cox xosuma geldi.Men de qeydiyyatdan kecdim.istifade edecem.Cox sag olun!
baxılıbhasret, iyun 6, 2010
Salam. Bu resurs "Xarici dil" adlansa da orada yalnız ingilis dilinə rast gəldim. Bəlkə də başqa dillər var, ancaq ana səhifədə aramalarım bir sonuc verməyincə düşündüm ki, bu sayt sadəcə "İngilis dili" adlana bilərdi. Bundan başqa qeydiyyat tələb etdiyi üçün tam araşdırma imkanım olmadı. Təəssüf ki, əlbəttə...
Layihəni təqdim edənin cavabı

Düzgün məqamı qeyd etmisiniz. Amma biz məhz bilərəkdən saytın adını İngilis Dili yox, Xarici Dil qoymuşuq, məqsədsə anlaşılır məncə, ingilis dilli versiya tam oturuşduqdan sonra planda ən azı daha 3-4 dil tədrisinin əlavə olunması nəzərdə tutulub.

Qeydiyyatla bağlı məqama gəldikdə isə saytın təxminən 15 min qeydiyyatlı istifadəçisi var, siz də 10-15 SANİYƏnizi ayırıb qeydiyyatdan keçsəydiniz, tanış ola bilərdiniz.

baxılıbxaricidil, may 23, 2010
Şərh yazan bütün həmvətənlərə təşəkkürlər.
Sofiya niki ilə yazan xanım! Yazdıqlarınız böhtan xarakterlidir,müdafiə edə bilməyəcəyiniz sözlərlə yalnız özünüzə əziyyət verirsiniz. al0r nikli Orucu qiyabi tanıyıram,Aznetdə tanınan isimlərdən biridir. Lazım gəlsə saytlarını özü saya bilər ki hansılardır. Mənə gəldikdə isə öz payımdan deyə bilərəm mən nəinki hansısa məktəbə, ümumiyyətlə heç bir təşkilata sayt düzəltmək təklifi göndərməmişəm heç vaxt. Kimin istəyi varsa, özü müraciət edir. Kimsə bizim saytı öz saytı kimi qələmə verirsə, bizi ittiham etmək əvəzinə onun yalanını asanlıqla üzə çıxarda bilərsiniz, saytın ƏLAQƏ bölməsi vasitəsi ilə öyrənmək olar ki sizlə əlaqə saxlayan sayt təmsilçisidir ya yox. Yoxsa bu məntiqlə sabah ev tikmək təklifi edən memar sizə öz işi kimi Qız Qalasını göstərsə, inanacaqsınız.
baxılıbalor, may 12, 2010
Sofiya xanım, başa düşmədim?...


Mənim adım Əlizadə Oruc bütün məlumatlarımda mövcuddur profilimdə.

Mən öz layihəmi təqdim etmişəm, və öz şərhimi bildirmişəm başa düşmədim necə yəni? Mən heç bir məktəbə sayt düzəltmək təklifi etməmişəm axı niyə bilib bilmədən danışırsınız.

xahiş edirəm məsələyə aydınlıq gətirəsiniz..!
baxılıbrossoner, may 11, 2010
Gözəl saytdır. Uğurlar
baxılıbsofi52, may 10, 2010
Hörmətli şərh yazan alor.Axı biz bilirik sən hansı saytları yığıb və hətta onlara rəy yazırsan.Niyə adını gizlədirsən.Sən bizim üçün sayt hazırlamaq məqsədi liə bu saytın birinci variantını nümayiş etdiməmişdin?Hətta başqa bir yarışda yalandan məlumat vermişdin. Yüksək məbləq təklif etməmişdiniz.Hacı axı mən sizi yaxşı tanıyıram.Heç vaxt başqa adla özünə məxsus olan saytı tərifləmə.Yaddaşınızı qurdalayın.
Hörmətlə Sofiya müəllimə.Hansı ki, məktəbimiz üçün sayt yığmağı təklif etmisiniz.Bizdən başqa bir neçə məktəb də var.Yaddaşın yaxşıdırsa xatırlayarsınız.
baxılıbSEFIR21, may 9, 2010
əladi,ugurlar
baxılıbalor, may 9, 2010
Sayt üçün təşəkkürlər!

Bu müsabiqədə özümə rəqib gördüyüm tək saytdır.


uğurlar.