"Elektron təhsil" - müsabiqəsində qalib bəlli oldu - FOTOLAR PDF Çap Elektron poçt ünvanı
14.01.15 11:22

 Təhsil Nazirliyində beşinci “Elektron təhsil” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu il müsabiqənin birinci mərhələsinə 1.104 layihənin təqdim olunduğunu, onlardan üçüncü mərhələyə 300 işin seçilib.

Qeyd edilib ki, beşinci “Elektron təhsil” Respublika müsabiqəsi 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər təşkilat komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub, 47 nəfərin işi isə fərqləndirilib.

Müsabiqənin rəsmi internet səhifəsində 7 mindən çox müəllim, 2 minə yaxın tələbə, beş yüzdən çox şagird və 638 valideyn qeydiyyatdan keçib.

Qaliblər arasında "Milli elektron tədris resurslarının yaradılması" mövzusunda I yerin qalibi Gədəbəy rayonundan olan təhsil mütəxəssisi Nizami Xaliq oğlu Məmmədov olub.