Elektron Təhsil Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək PDF Çap Elektron poçt ünvanı
17.06.10 22:45

16 iyun 2010 –cu il tarixdə Elektron Təhsil Müsabiqəsinin Təşkilat Komitəsinin növbəti toplantısı  keçirilib. Toplantıda Müsabiqənin səsverməsinin yekun - 3-cü mərhələsinin nəticələri müzakirə olunub. Məlum olduğu kimi 15 iyun tarixdə Müsabiqənin Münsiflər Heyəti tərəfindən Nominantlar arasından qaliblərin seçilməsi  ilə  bağlı səsvermə prosesi  başa  çatıb.



Səsvermənin 2-ci mərhələsinin yekununda 5 Nominasiya üzrə 810 resurs arasından  ən yaxşılar olan 89 resurs Nominant statusu almışdı.

Təşkilat Komitəsinin toplantısında  səsvermənin şəffaf və ədalətli formada keçirilməsi üçün yetərli şəraitin yaradıldığı  qeyd olunub. Səsvermənin yekun prosesinin  Münsiflər Heyətinin üzvləri tərəfindən elektron  formada gizli olaraq  keçirildiyi  vurğulanıb. Əsasnamədə nəzərdə tutulan kriteiryalara müvafiq olaraq 10  bal sistemi əsasında keçirilən qiymətləndirmə prosesinin nəticələri avtomatik olaraq ümumiləşdirilib.
Təşkilat Komitəsinin toplantısında şirkətlər tərəfindən və dövlət vəsaiti, həmçinin qrantlar hesabına formalaşan  və Nominantlar arasında olan resurslara da münasibət  bildirilib.

Toplantıda  qaliblərin mükafatlandırılması ilə  bağlı Təqdimat mərasiminin keçirilməsi məsələsi də müzakirə olunub. 21 iyun  2010-cu il tarixdə saat 10.00-da Park İNN otelində  Müsabiqənin qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasiminin  keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən Təqdimat Mərasiminə hazırlıqla bağlı bir  sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Beləliklə 06 aprel tarixdə  başlayan yarışmanın qaliblərinin adlarının  21 iyun tarixdə açıqlanması qərara alınıb. Müsabiqənin Əsasnaməsinə müvafiq olaraq qaliblərin adları Təqdimat mərasimindən sonra saytda yerləşdiriləcək və KİV də  dərc olunacaq.
Nominantların hamısının Təqdimat mərasiminə dəvət edilməsi qərara alınıb.

 Bu ilki Müsabiqədə hər bir  Nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə və hər bir Nominasiya üzrə fərqlənənlərə diplomların və qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulub.

Müsabiqənin Təşkilat Komitəsi