Nominantlar

         
Diqqət !

Elektron Təhsil Respublika Müsabiqəsinin Təşkilat Komitəsinin Məlumatı

“Elektron Təhsil” Respublika müsabiqəsinin Təşkilat Komitəsi bildirir ki , müsabiqədə iştirak edən layihələrin 2-ci mərhələdə qiymətləndirilməsi  əsasında Müsabiqənin Nominantları seçilib. 

Müsabiqədə iştirak edən  601 Layihədən  cəmi  98  Layihə Müsabiqənin Nominantı seçilərək mübarizəni  davam etdirmək imkanı qazanıblar .

Təşkilat Komitəsinin qərarı ilə ən çox bal toplayan resurslar arasından 1-ci Nominasiya üzrə 30,  2-ci Nominasiya üzrə  22,  3-cü  Nominasiya üzrə 32, 4-cü  və 5-ci Nominasiyaların  hər birisində 7  Nominant yeri müəyyən olunub.

“Elektron Təhsil”  Müsabiqəsinin  qalibləri  səsvermənin sonuncu - 3-cü mərhələsində müəyyən olunacaq. Bu mərhələ  15 iyun 2010-cu il tarixədək yekunlaşacaq. Münsiflər Heyəti bu mərhələdə  hər bir Nominasiya üzrə Nominant resurslar arasından .mövcud Kriteriyalar və qiymətləndirmə prinsipləri əsasında  qalibləri  seçəcəklər .

Bu müddət ərzində qeydiyyatdan keçən iştirakçılar  Nominant elan olunan  resurslar haqqında  öz  rəylərini və şərhləri  yaza bilərlər.

Qaliblərin mükafatlandırılmasından ibarət olan yekun Təqdimat mərasiminin iyun ayının 20-dək keçirilməsi nəzərdə tutulub.

“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təhsil”  Müsabiqəsi Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.


“Elektron Təhsil” Respublika Müsabiqəsinin
Təşkilat Komitəsi

04.06.2011

Elektron Təhsil Respublika  Müsabiqəsinin
N O M İ N A N T LA R I :