Müsabiqənin mükafatları

Qaliblərə mükafatlar (noutbuklar, planşetlər, printerlər, antiviruslar və s.) və diplomlar bu məqsədlə sponsorlar və Təhsil Nazirliyinin məsul şəxsləri tərəfindən təşkil olunan təqdimat mərasimində təqdim edilir. Müsabiqənin yekunları haqqında məlumat təqdimat mərasimindən sonra Təhsil Nazirliyinin (www.edu.gov.az) və müsabiqənin (www.musabiqe.edu.az) İnternet səhifələrində yerləşdirilir.