Ərizə forması

 

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirak üçün
Ərizə forması

Ərizənin bəndləri

Doldurulması üçün tələblər

Müsabiqə işinin adı

Müəllif tərəfindən Layihəyə (İşə) verilən ad göstərilir

Müsabiqənin nominasiyası

Müsabiqənin Əsasnaməsinə uyğun olaraq nominasiyalardan biri
 qeyd edilir

İddiaçı haqqında məlumat:

 

Müəllif(lər), vəzifələr

İddiaçının adı, soyadının qeyd edilməsi zəruridir.
Kollektiv (Qrup) olduqda Qeydiyyatdan keçərkən Qrup bəndi seçməlidir Layihələrin təqdim edilməsi bölməsində Qrup iştirakçıların soyadı, adını (tam olaraq), vəzifələri yazılmalı

İddiaçının e-ünvan

Müəllifin e-ünvanı göstərilir. Müəllif kollektivi olduğu halda qrup rəhbərinin ünvanı göstərilir. Gələcəkdə iddiaçı ilə əlaqə üçün bu ünvandan istifadə edilir

İddiaçının təmsil olunduğu müəssisə (təşkilat)

İddiaçının təşkilatının adı tam olaraq göstərilir (əgər ərizə müxtəlif qurumlardan olan müvəqqəti müəllif kollektivi tərəfindən verilibsə, hər birini ayrı-ayrılıqda göstərməli)

Bölgə

Burada  müəllifin (müəllif kollektivinin rəhbərinin) yaşadığı bölgə qeyd edilir

Layihənin qısa təsviri

Təqdim edilən iş haqqında  qısa məlumat (layihənin məqsədi, auditoriyası, uğurları və s.)

İnternet ünvanı (URL)
(əgər varsa)

Burada işin İnternetdəki ünvanı (keçidi) qeyd olunur


Bu ərizəni doldurmaqla Siz müsabiqədə iştirakla bağlı qaydalar və şərtlərlə tanış olduğunuzu və onlara əməl edəcəyinizi öz üzərinizə götürürsünüz.

Qeyd:  
İddiaçı ərizədə göstərilən məlumatların tamlığı və doğruluğu üçün məsuliyyət daşıyır. Müsabiqənin Təşkilat Komitəsi bu məlumatları öz seçiminə uyğun yoxlayaraq yanlış məlumat aşkar etdikdə iddiaçını müsabiqədən kənarlaşdıra bilər. Bütün bəndlərin doldurulması zəruridir.

 

Qeyd: Müsabiqəyə iş təqdim olunan zaman, şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatların (ad, soyad və seriya nömrəsi) müsabiqəyə iş təqdim edənlərə aid olunmasına diqqət yetiriməlidir. Əks halda öz məlumatlarını düzgün qeyd etməyən iştirakçılar müsabiqənin qiymətləndirmə mərhələləri zamanı müsabiqədən kənarlaşdırılacaqlar.