”Elektron Təhsil“ Respublika müsabiqəsi

Müsabiqə üç istiqamətdə keçirilir: 


“Müasir məktəbdə elektron tədris resursları” 

“Təhsildə İnternet texnologiyaları”

“Milli elektron tədris resurslarının yaradılması”

 

Müsabiqənin əsas məqsədləri aşağıdakılardır: 

  1. Elektron tədris resurslarından (ETR) istifadəni genişləndirmək və bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq;
  2. Elektron tədris resurslarının tədris prosesinə tətbiqinə metodiki dəstək vermək, elektron resursların təhsil müəssisələrində istifadəsi ilə tanışlıq;
  3. Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi;
  4. Ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq;
  5. İnternetin imkanlarından (bloqlar, sosial şəbəkələr, saytlar və s.) istifadə etməklə həyata keçirilən yeni təlim fəaliyyətləri barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq;
  6. Müəllimləri tədris məqsədilə İnternetdən istifadəyə cəlb etmək;
  7. Tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarının axtarılması;
  8. Təhsil müəssisələrində İnternet resurslarından, xidmət və alətlərindən istifadənin genişləndirilməsi;
  9. Müəllimlərin İnternetdə öz resurslarını yaratması, istifadəsi və inkişaf etdirməsi baxımından həvəsləndirilməsi.