Siz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsinə münsif və ya ekspert qismində iştirak etmək üçün müraciət etməyə dəvət olunursunuz! PDF Çap Elektron poçt ünvanı
27.08.15 15:47

 Siz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi ilə əlaqədar münsif qismində iştirak etmək üçün müraciət etməyə dəvət olunursunuz!

Vəzifə: “Elektron Təhsil” Respublika Müsabiqəsində münsif

Müddəti: 2 ay

 Vəzifə öhdəlikləri:

  • Müsabiqəyə təqdim olunmuş elektron resursların təsdiq olunmuş meyarlar əsasında qiymətləndirilməsi;
  • Tələb olunan müddət ərzində yekun qiymətləndirməni imzalanaraq təhvil verilməsi;
  • Yekun nəticələrin elan olunma müddətinə qədər münsif fəaliyyətinə vəqiymətləndirməyə dair informasiyaların məxfi saxlanması.

 Tələblər:

·         Ali təhsil;

  • Tədrisdə İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi sahəsində təcrübə;
  • Rus və İngilis dillərində orta səviyyədə bilik;
  • Məsuliyyətli, diqqətli, analitik düşünmə qabiliyyətinə malik olma.

 Müsabiqədə münsif qismində iştirakla maraqlanan namizədlər Azərbaycan dilində öz tərcümeyi-hallarını (CV) Hazırki elektron poçt ünvanı spam botlardan qorunur. Ona baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanına göndərə bilərlər. (Müsabiqədə münsif qismində iştirak etmək ödənişli qaydada həyata keçiriləcəkdir)

 Son müraciət tarixi: 25 Sentyabr 2015-ci il.

Müsabiqə haqqında ətraflı məlumatı veb saytdan əldə edə bilərsiniz: http://musabiqe.edu.az

  Qeyd : Müsabiqədə münsif və ya ekspert qismində iştirak edilməsi müraciətdə bildirilməlidir

Siz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi ilə əlaqədar ekspert qismində iştirak etmək üçün müraciət etməyə dəvət olunursunuz!

Vəzifə: “Elektron Təhsil” Respublika Müsabiqəsində ekspert

Müddəti: 2 ay

 Vəzifə öhdəlikləri:

  • Müsabiqəyə təqdim olunmuş elektron resursların təsdiq olunmuş meyarlar əsasında qiymətləndirilməsi;
  • Tələb olunan müddət ərzində yekun qiymətləndirməni imzalanaraq təhvil verilməsi;
  • Yekun nəticələrin elan olunma müddətinə qədər ekspert fəaliyyətinə və qiymətləndirməyə dair informasiyaların məxfi saxlanması.

 Tələblər:

·         Ali təhsil;

  • Tədrisdə İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi sahəsində təcrübə;
  • Rus və İngilis dillərində orta səviyyədə bilik;
  • Məsuliyyətli, diqqətli, analitik düşünmə qabiliyyətinə malik olma.

 Müsabiqədə ekspert qismində iştirakla maraqlanan namizədlər Azərbaycan dilində öz tərcümeyi-hallarını (CV) Hazırki elektron poçt ünvanı spam botlardan qorunur. Ona baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanına göndərə bilərlər. (Müsabiqədə ekspert qismində iştirak etmək ödənişli qaydada həyata keçiriləcəkdir)