Ümumtəhsil məktəb müəllim və şagirdləri arasında maliyyə savadlılığı mövzusundakı müsabiqələrin I mərhələsi yekunlaşdı PDF Çap Elektron poçt ünvanı
01.05.15 00:00

 

 

Ümumtəhsil məktəb müəllim və şagirdləri arasında maliyyə savadlılığı mövzusundakı müsabiqələrin I mərhələsi yekunlaşdı

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində respublika ümumtəhsil məktəb müəllimləri və şagirdləri arasında 18 mart 2015-ci il tarixdə başlamış “Həyat bilgisi və maliyyə savadlılığı” və “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqələr yekunlaşmışdır.

 

Müsabiqələrin keçirilməsində məqsəd şagird və müəllimlərin maliyyə savadlılığı mövzusunda elektron təhsil resursları, pul yığımı və qənaətcilliklə bağlı qısametrajlı filmlər hazırlaması və bu yolla onların maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.

 

Müsabiqələr “Maliyyə savadlılığına aid ən yaxşı resurs” və “Şagirdin məqsədli qənaəti” nominasiyaları üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilmişdir. Müsabiqələrin I mərhələsinə ümumilikdə 223 iş təqdim edilmiş və qəbul olunmuş işlər növbəti, II mərhələdə qiyməndirilmək üçün Ekspert Komissiyasına göndərilmişdir.

 

Müsabiqələr Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, AccessBank və FINCA Azərbaycan təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqələrin qaliblərinə xüsusi diplomlar və müxtəlif hədiyyələr təqdim olunacaq.